Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdüBu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.
Bu barədə KONKRET.az-a XİN-dən məlumat verilib.
C.Bayramov Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, Baş katib ilə bundan öncə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək təşkilatın Aşqabad Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini qeyd edib. Xüsusilə də "İƏT Baxışı – 2025" sənədinin və burada müəyyən edilmiş prioritet istiqamətlərin Azərbaycan üçün də yüksək önəm kəsb etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Cari 2022-ci ilin İƏT-də "nəqliyyat – bağlantı ili" kimi qeyd edildiyi və bu xüsusda, Azərbaycanın İƏT bölgəsində nəqliyyat-bağlantı əlaqələrinin inkişafına böyük diqqətlə yanaşdığı ifadə edilib.
Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Parlament ölçüsünün üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Baş katib həmçinin cari ildə İƏT çərçivəsində nəqliyyat-bağlantı sahəsində əlaqələrin inkişafına xüsusi diqqətin ayrıldığını qeyd edərək bununla əlaqədar Azərbaycanın həm coğrafi yerləşmə baxımından, həm də tranzit mərkəzi kimi rolunu xüsusilə vurğulayıb.
Görüşdə tərəflər İƏT ixtisaslaşmış qurumlarının fəaliyyəti üzrə fikir mübadiləsi aparıblar, o cümlədən Azərbaycanın ev sahibliyi edəcəyi İƏT Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıblar. Yaxın günlərdə İƏT-in gələcək fəaliyyəti ilə bağlı üzv ölkələrin ekspertlərinin iştirakı ilə müzakirələrin aparılacağı və Azərbaycan nümayəndə heyətinin də bu müzakirələrdə iştirak edəcəyi qeyd edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 17 may 2022
f Paylaş

Oxşar xəbərlər

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 cəbhədən son xəbərlər cəbhədən son görüntülər sonxeberler