Ceyhun Bayramov Macarıstan səfiri ilə görüşdü - FOTO
İyunun 24-də xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən KONKRET.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.
O, Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli təmaslar daxil olmaqla, ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafını qeyd edib və bu münasibətlərin müxtəlif sahələrdə daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Viktor Sederkenyi Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində olacağını qeyd edib.
O, ölkələrimiz arasında sadəcə dostluq və strateji əməkdaşlıq deyil, Türk Dövlətləri Təşkilatında iştirak ilə qardaşlıq münasibətlərinin də olduğunu məmnunluqla bildirib.
Tərəflər, iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar, o cümlədən təhsil, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini səsləndiriblər.
Sonda Nazir Ceyhun Bayramov səfir Viktor Sederkenyiyə bir daha gələcək fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?