Ceyhun Bayramov MDB XİN başçıları Şurasının iclasında çıxış edib - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında çıxış edib.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Çıxışda nazir Ceyhun Bayramov, təşkilata səmərəli sədrliyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib və MDB çərçivəsində əməkdaşlıq məsələlərini qarşılıqlı anlaşma şəraitində müzakirəsinə, habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə görə Tacikistana təşəkkür ifadə edib.
Nazir, MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişafını qeyd edib. O, cari ildə Birliyə üzv olan bir çox dövlətlərin əlamətdar tarix olan – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik əməkdaşlığın nəticələrini yekunlaşdırmaq və gələcək üçün planları müəyyən etmək üçün yaxşı fürsət olduğu bildirilib.
Ceyhun Bayramov, iclasın gündəliyinə uyğun olaraq MDB-yə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycanın təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesab etdiyi qeyd edilib.
Ceyhun Bayramov həmçinin iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb. Münaqişənin keçmişdə qaldığı və hazırda əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etmək olduğu diqqətə çatdırılıb. Nazir Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazır olduğunu qeyd edib. Bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatının müəyyənləşdirildiyi bildirilib. Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
Bakı neftinin qiyməti 82 dolları ötdü
Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur