Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO
Avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutub.
Nazir Mövlud Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq, onu Türkiyədə qəbul etməkdən məmnunluq bildirib.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnun olduqlarını bildiriblər və bu münasibətlərin daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edilib.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulanıb.
Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirilib.

Turlar.az [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə