Ceyhun Bayramov pakistanlı həmkarı ilə DANIŞDI

Ceyhun Bayramov pakistanlı həmkarı ilə DANIŞDIAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən KONKRET.az–a verilən məlumata görə, nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər. Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb.
Nazirlər iki ölkə arasında ötən il ərzində həm Xarici İşlər Nazirlikləri səviyyəsində, həm də digər qurumlar arasında həyata keçirilən təmasların intensivliyini məmnunluqla vurğulayıblar. Cari ildə iki qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının ötən ilin dekabr ayında Bakıda keçirilən iclasına istinad edərək, əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazirlər, həmçinin ötən ilin 19 dekabr tarixində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslamabadda keçirilən növbədənkənar iclasının nəticələri barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi Azərbaycanlı həmkarını İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək növbəti, 48-ci iclasına dəvət edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Siyasi       Tarix: 27 yanvar 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun cəbhədən son məlumat cəbhədən görüntüleri ən son xeberler