Ceyhun Bayramov paraqvaylı deputatlarla görüşdü - FOTO

Ceyhun Bayramov paraqvaylı deputatlarla görüşdü - FOTOBu gün xarici işlər naziri Ceyhun Bayramov Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyəti – Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, eyni zamanda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Valter Enrike Harms Sespedes və Senatdakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara ilə görüşüb.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir Ceyhun Bayramov, iki ölkə arasında mövcud olan əlaqələrin məmnunluq doğurduğunu və Azərbaycanın Paraqvayla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.
Ceyhun Bayramov, 2019-cu ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin, habelə 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinin Paraqvaya səfərlərinin, bu xüsusda keçirilən görüşlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib.
Nazir, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının, o cümlədən parlament diplomatiyasının önəmli yer tutduğunu ifadə edib.
Paraqvay-Azərbaycan dostluq qrupunun üzvlərinin Azərbaycanla bağlı məsələlərdə böyük fəallıq göstərdiyi, habelə Xocalı ilə bağlı Paraqvay Parlamenti tərəfindən qətnamənin qəbul edilməsi minnətdarlıqla qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin Paraqvay Parlamentinin nümayəndələrinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verib.
Hazırda Paraqvay Respublikasının Xarici İşlər Nazirliyinin iki gənc diplomatının ölkəmizdə təlim proqramında iştirak etdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu kimi mübadilələrin ikitərəfli əlaqələrin inkişafında müsbət rol oynadığını bildirib.
Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyətinin üzvləri, öz növbələrində Azərbaycana səfəri və bu xüsusda keçirilmiş görüşləri, habelə işğaldan azad edilmiş ərazilərə edilən səfəri yüksək qiymətləndirərək bu səfərin ölkədəki vəziyyətlə yerindəcə tanış olmaq baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.
Paraqvayın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini, həmçinin Azərbaycanın ədalətli mövqeyini dəstləklədiyi vurğulanıb.
Qarşı tərəf, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və səfərin potensial əməkdaşlıq sahələrinin müəyyən olunması baxımından əhəmiyyətini qeyd ediblər.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov paraqvaylı deputatlarla görüşdü - FOTOCeyhun Bayramov paraqvaylı deputatlarla görüşdü - FOTOPeşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 13 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər son xeberler azerbaycan dunya xeberleri siyaseti xeberler bugun