Ceyhun Bayramov: "Qarabağ münaqişəsinin həlli bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini açır

Ceyhun Bayramov: "Qarabağ münaqişəsinin həlli bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini açırCeyhun Bayramov: "Qarabağ münaqişəsinin həlli bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini açır"
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclası keçirilib.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov iclasda çıxış edib.
Nazir QDİƏT gündəliyində olan bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirib:
"Rumıniyanı səmərəli sədrliyinə görə təbrik etmək istərdim. Eyni zamanda, Şimali Makedoniya Respublikasını 13-cü üzvümüz qismində salamlamaqdan məmnunluq duyuram. Bu üzvlük müştərək maraq sahələrində əməkdaşlığın artırılması üçün imkanlar yaradaraq, Şimali Makedoniya Respublikası ilə QDİƏT üzv dövlətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək.
Təşkilatımız gələcəyə birgə baxış və qarşılıqlı əməkdaşlıq yolu ilə Qara dənizi sülh, sabitlik və firavanlıq bölgəsinə çevirmək məqsədilə yaradılmışdır. QDİƏT bir sıra sahələrdə, o cümlədən ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirməsinə xidmət edən əhəmiyyətli bir platforma səviyyəsinə yüksəldi".
C.Bayramovun sözlərinə görə, bir çox vacib təşəbbüslərin elan edilməsi təqdirəlayiqdir, lakin xalqlarımızın mənafeyi naminə bu təşəbbüslərin praktiki nəticələrini təmin etmək üçün daha böyük əməkdaşlıq zəruridir:
"Müxtəlif işçi qrupları arasında qarşılıqlı əlaqənin asanlaşdırılması, sektoral və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vasitəsilə QDİƏT, üzv dövlətlərə COVİD böhranının çoxsaylı təsirlərinin öhdəsindən gəlmək və daha yaxşı yenidənqurmanı həyata keçirməkdə köməklik göstərə bilər.
Öz tərəfindən,  Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır. Ölkəm Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır və biz QDİƏT-in sektoral qurumları və əlaqəli təşkilatlarında əməkdaşlığımızın dərinləşdirməsinə ümidvarıq. Növbəti fəaliyyətdə olan sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edirik".
Nazir COVİD-19 pandemiyasının iqtisadi itkilərə səbəb olmasından da söz açıb:
"Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət təqdim edir. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, biz QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə verə bilərik".
"İnkişaf etmiş infrastruktur və daha yaxşı biri-biri ilə birləşən nəqliyyat dəhlizləri vasitəsi ilə geniş Qara dəniz bölgəsində daha yaxşı əlaqələr naminə işimizi davam etdirməliyik. Bu kontekstdə tranzitin asanlaşdırılması, əməliyyatların rəqəmsallaşdırılması, nəqliyyat və ticarətdə tənzimləyici və prosedura maneələrinin aradan qaldırılması üçün səylərin iki dəfə artırılması vacibdir.
Azərbaycan Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və iri investorlar üçün münasib Ələt Azad İqtisadi Zonası ilə yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli nəqliyyat dəhlizinin, habelə bütün regionun tranzit imkanlarının artırılmasına yönəlmiş Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yolları inkişafına praktik töhfəsini davam etdirir.
Tikinti işlərinin inoqurasiyasından dörd il yarım sonra Trans-Adriatik boru kəmərinin kommersiya istismarı başlayıb. Bu irəliləyiş bizə Cənubi Qaz Dəhlizinin uğurlarını möhkəmləndirməyə imkan verir. Biz qaz təminatı coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə yaxından işləyirik. Bir neçə QDİƏT üzv dövlətini birləşdirən bu layihə enerji təhlükəsizliyinin genişləndirilməsi ilə yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır", - o vurğulayıb.
Nazir bildirib ki, münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur:
"Bu həm də regional əməkdaşlığı əngəlləyir. Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.
Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.
Azərbaycanın bütün tərəfdaşlarına təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var. QDİƏT üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.
Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik". /oxu.az

Siyasi       Tarix: 28 noyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər bugünkü son xəbərlər son xeber.az gunun xeberleri