Ceyhun Bayramov Tacikistanın XİN başçısı ilə görüşdü - FOTO
Mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikası xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən KONKRET.az-a verilən xəbərə görə, Tacikistan xarici işlər naziri, Azərbaycan ilə münasibətlərin inkişafına əhəmiyyət verildiyini və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün addımların atıldığını qeyd edib. Bu xüsusda, qarşılıqlı səfərlərin vacib rolunu qeyd edən nazir Sirociddin Muhriddin Tacikistan Ali Məclisinin yuxarı palatasının sədrinin bu yaxınlarda Azərbaycana etdiyi səfərə istinad edib.
Nazir Ceyhun Bayramov səmimi qarşılamaya və qonaqpərvərliyə görə həmkarına təşəkkür edib. MDB Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyini yüksək səviyyədə təşkil etdiyinə görə qarşı tərəfi təbrik edən Nazir Ceyhun Bayramov, bu iclasın üzv ölkələr arasında gündəlikdəki çoxsaylı məsələlərin müzakirəsinə əlverişli şərait yaratdığını söyləyib.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Tacikistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ölkəmizin dost ölkə Tacikistanla ikitərəfli əlaqələrin inkişafına dəyər verdiyini qeyd edib.
Nazirlər, bu yaxınlarda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi, XİN-lərarası məsləhətləşmələrin davam etdirilməsi, habelə iqtisadi-ticarət sahəsində əlaqələrin inkişafı perspektivləri, o cümlədən Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyan növbəti iclasının keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı məsələləri müzakirə edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test