Ceyhun Bayramov: Vaşinqton danışıqlarında biz bir addım irəli getdik
Vaşinqton danışıqlarında biz bir addım irəli getdik.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
"ABŞ-da sülh müqaviləsi ətrafında danışıqlar aparılıb. Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Hələ 2021-ci ildə Prezident İlham Əliyev bunu ilk dəfə səsləndirib. Ötən ilin fevral ayında 5 baza prinsipini irəli sürüb və nəhayət 2022-ci ilin oktyabr ayında Cenevrədə ilk dəfə sülh müqaviləsi üzrə danışıqlara başlanıb. Həmin danışıqlarda Azərbaycanın yekun təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılıb. Daha sonra noyabr ayında Vaşinqtonda görüş keçirilib. Dekabrda Moskvada görüşün keçirilməsi planlaşdırılıb. Üçüncü görüşdən Ermənistan tərəfi imtina etmişdi, müxtəlif səbəblər gətirərək boykot etdi. Onlar Laçın yolu ətrafındakı məsələsini bəhanə etmişdilər. Beləliklə 6 aya yaxın elə görüşlər keçirilmədi", - XİN rəhbəri qeyd edib.
Nazir bildirib ki, ABŞ vasitəçiliyi ilə Ermənistan yenidən danışıqlar masasına qayıtdı:
"Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir", - o deyib. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi