Çimərliklər açılır - Yeni qadağalar məlum oldu
Türkiyədə iyunun 1-dən parklar, kafelər, restoranlar, hovuzlar və çimərliklər rəsmi olaraq açılacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, fəaliyyətini bərpa edəcək həmin müəssisələr yeni qaydalarla işləyəcək.
Bildirilib ki, Konyaaltı rayonunda yerləşən, uzunluğu 6 km-dən çox olan Antalya çimərliyi 4 günlük komendant saatından sonra yeni şəraitdə fəaliyyətə başlayıb.
Məlumata görə, bir ailə doqquz kvadratmetrlik sahədə günəş çarpayıları quraşdıra biləcək. Hər turistdən sonra onun olduğu yer azı 20 dəqiqə boş qalmalı və dezinfeksiya edilməlidir. Turistlərə öz məhrabalarında günəş vannası qəbul etmək və istədikləri yerdə dincəlmək qadağan olunacaq. Bundan sonra çimərlikdə siqaret çəkmək qadağandır. Çünki xidmətçilərin səhhəti üçün siqaretlərin qalığını təmizləmək əlavə risk sayılır. Qəlyan çəkmək də qadağalar siyahısına düşüb.
İcazə verilmiş su idmanı məlum deyil. Ancaq dəniz gəzintisinə icazə veriləcək.
Türkiyədə antikoronavirus sertifikatlaşmasından keçən otellərin iyundan fəaliyyətə başlamasına icazə verilsə də, işə başlamaqla bağlı son sözü sahibkarlar deyəcək. Beynəlxalq hava reysləri mərhələli şəkildə bərpa olunacaq. Əvvəlcədən dərc edilən qrafika əsasən, Rusiyadan olan reyslər iyulun 15-dən qəbul ediləcək. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək