Çimərliklərdə güclü külək əsəcək, bəzi yerlərdə yağış yağacaq
Avqustun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-31° isti olacaq, atmosfer təzyiqi 754 mm civə sütununundan 758 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Məlumatda bildirilib ki, Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq. / azxeber.com

Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
Paşinyan müxalifəti tamamilə sıradan çıxarır
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?
Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək
İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar
"Qarabağ" Martin Zlomisliçi transfer etdi
AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu
Danışıqlar dayandırıldı - İran nümayəndələri məkanı tərk etdi
"Neftçi" kapitanlarla bağlı qərar verdi
Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır