Çin 2027-ci ilə qədər Tayvana qarşı müharibə apara bilər
Çin ordusu 2027-ci ilə qədər Tayvan və müttəfiqlərinə qarşı müharibə aparmaq üçün hərbi potensiala çata bilər.
KONKRET.azxəbər verir ki, bu barədə Tayvan xəbər agentliyi "CNA" məlumat yayıb.
Belə ki, Tayvan Müdafiə Nazirliyinin parlamentə verdiyi hesabatda bildirilib ki, Pekin 2027-ci ildə Çin Xalq Azadlıq Ordusunun 100-cü ildönümü üçün Tayvana qarşı daha aqressiv addımlar ata bilər.
Bu hesabatda Pekinin işğal planlaşdırdığına dair kəşfiyyat təhlili və ya proqnozu olmasa da, qiymətləndirilmə öz əksini tapıb. Sənəddə həmçinin Çinin bölgədəki hərbi üstünlüyünü qorumaq üçün son illərdə cənub-qərb sahillərində müasir döyüş gəmisi yerləşdirdiyinə diqqət çəkilib.
Hesabatda 2027-ci ilə qədər Çinin "Liaoning" və "Shandong" təyyarədaşıyıcılarından başqa yeni inkişaf etdirilmiş ikinci nəsil "Type 003" təyyarədaşıyıcısına sahib olacağı bildirilib.
Sənədə görə ABŞ və Çin arasında Tayvan boğazı, Koreya yarımadası və Cənubi Çindəki suverenlik münaqişələri səbəbindən qarşıdurma riski yaranacaq.
Qeyd edək ki, ABŞ Baş Qərargah rəisi general Mark Milli də Çinin 2027-ci ilə qədər Tayvanı ələ keçirmək üçün hərbi potensiala çatmağa çalışdığını ifadə edib.
İqbal Rzayev,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun