Çin ABŞ-ın Honkonq tələbinə qarşı çıxdı
ABŞ Honkonqdakı hökumət əleyhinə qruplara qarşı mübarizəni gücləndirmək üçün yeni təhlükəsizlik qanunlarını qəbul etmək cəhdini "beynəlxalq sülh və təhlükəsizlik mövzusunda qlobal narahatlıq" səbəbilə BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsini istəyib. Lakin Çin bu istəyə qarşı çıxıb.
Publika.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəliyindən verilən açıqlamada, 1984-cü ildə imzalanan "Çin-İngiltərə Birgə Bəyannaməsi" ilə Çinin inzibati muxtariyyətinə və azadlığına zərər verməsindən çox narahat olduğu ifadə edilir.
ABŞ-ın "şəffaflıq və beynəlxalq hesabatlılıq" narahatlığı ilə Çinin tələbinə qarşı olduğu deyilən açıqlamada Çin, koronavirus pandemiyasından istifadə edərək, Honkonq planından dünyanı yayındırmaq və "başqa istiqamətə yönləndirmək" cəhdində günahlandırılır.
Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun, Tvitter hesabında verdiyi açıqlamada ABŞ-ın Çinin daxili işlərinə aid olan "Honkonq məsələsini" BMT Təhlükəsizlik Şurasının müzakirəsinə vermək istəklərini qəti şəkildə rədd etdiklərini deyib: "Faktlar bir daha göstərir ki, ABŞ dünyanın problemli ölkəsidir. ABŞ beynəlxalq hüquq normalarına uyğun öhdəlikləri pozur. Çin bu ölkəni güc siyasətinə və təhqiramiz tətbiqetmələrə son qoymağa dəvət edir .
Qeyd edək ki, 2003-cü ildə qəbul olunan "Honkonq Milli Təhlükəsizlik Qanunu" Pekin hökumətinin bölgədə təsirini gücləndirmək üçün ən vacib qanun sayılır.
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək