Çin Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq etdi

Çin Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq etdiRəsmi Pekin Çinin Sincan Uyğur Muxtar Bölgəsində "insan hüquqları" mövzusuna dair yalan və dezinformasiya yaydıqlarına görə Böyük Britaniya parlamentinin bir neçə üzvünə, hüquqşünas və sahibkarlara, habelə 4 təsisatına sanksiyalar tətbiq etməyə başlayıb.
Publika.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bu sanksiyaların Sincan bölgəsində "insan hüquqları"nın pozulmasına görə Londonun bir neçə gün əvvəl Çinə tətbiq etdiyi sanksiyalara cavab olduğu deyilir. Həmin şəxslərin və onların ailə üzvlərinin Çinin materik hissəsinə, habelə Honkonq və Makao xüsusi inzibati ərazilərə girişinə qadağa qoyulub, onların Çindəki vəsaitləri dondurulacaq. Pekinin sanksiyaları Çin vətəndaşlarını və qurumlarını Böyük Britaniyanın həmin fərdləri və hüquqi şəxsləri ilə əməkdaşlığını qadağan edib.
Çin XİN Londona yanlış yol ilə getməmək barədə xəbərdarlıq edərək, əks təqdirdə Çinin daha sərt cavab verəcəyini açıqlayıb. Pekin hesab edir ki, Böyük Britaniyanın Çin fərdi və hüquqi şəxslərinə tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa və beynəlxalq münasibətləri tənzimləyən normalara ziddir, Çinin daxili işlərinə müdaxilə cəhdi xarakteri daşıyır və Çin-Böyük Britaniya münasibətlərinə ciddi zərər vurur.
Qeyd edək ki, martın 22-də ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanada Çinin Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqlarının pozulması hallarını əsas götürərək Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq etməyə başladıqlarını bəyan ediblər.
Bir müddətdir bəzi Qərb ölkələrinin siyasətçiləri, qeyri-hökumət təşkilatları və mətbuatı Çin hökumətinin Sincan bölgəsində uyğur müsəlmanlara təzyiqlər göstərdiyini, xeyli sayda uyğurun peşə təlimi adı altında xüsusi düşərgələrdə saxlanıldığını, onların məcburi əməyə cəlb edildiyini, bölgədə dini etiqad azadlığının məhdudlaşdırıldığını bəyan edirlər. Həmin ölkələr bir neçə dəfə Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq ediblər, müvafiq bəyanatlar veriblər. Çin tərəfi bu cür addımların Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqları ilə bağlı vəziyyəti qəsdən ləkələmək, beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları kobudcasına pozmaq, Çinin daxili işlərinə kobud müdaxilə etmək kimi qiymətləndirib. Rəsmi Pekin "Sincan məsələsi"nin insan hüquqları, etnik və dini məsələlərlə əlaqəli olmadığını, əslində, zorakılıq, terrorizm və separatçılıqla mübarizə olduğunu bəyan edir.

Dünya       Tarix: 26 mart 2021
f Paylaş

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber ensonxeberler maraqlı xəbərlər son xeberler bugun 2026 muharibe