"Çin bütün ixrac mallarını Rusiyadan alır" - ƏTRAFLI ŞƏRH

"Rusiya özünü hər şeylə təmin etmək iqtidarındadır və onun narahatlığına heç bir əsas yoxdur. Çin bütün ixrac mallarını Rusiyadan ala bilir. Bu səbəbdən Avropada böyük əmtəə qıtlığı yarana bilər. Bu isə Avropada inflyasiya və qiymət artımına səbəb olar".
KONKRET.az xəbər verir ki, bu fikirləri Miroslav Zdravkoviç srbin.info-a yazdığı məqalədə vurğulayıb.
Müəllif yazır ki, 2008-ci ilin qlobal iqtisadi böhranı qlobal iqtisadiyyatda ifrat disbalansa səbəb olub. Əsas ziyanı isə 865 milyard dollar ticarət kəsiri ilə ABŞ və 223 milyard dollarlıq kəsirlə Böyük Britaniya görmüşdü. Bu kəsir pul, dollar və funt-sterlinq çapı hesabına ödənilirdi və bu pullar maliyyə dayanıqlığı yaratmaq üçün istifadə olunurdu. Amma infilyasiya ağrısız keçmədi. ABŞ-ın daşınmaz əmlak bazarında kəskin qiymət artımı baş verdi.
Məqalədə daha sonra qeyd edilir ki, "O zaman, Birləşmiş Ştatlar və Böyük Britaniya arasında ticarətdə belə əhəmiyyətli balanssızlığı aradan qaldırmaq üçün onu kompensasiya edəcək ölkələrə ehtiyac var idi. Baxmayaraq ki, Çinin aktiv ticarət balansı 298 milyard dollar, Almaniyanınkı 265 milyard dollar, Rusiya və Səudiyyə Ərəbistanının hər birininki isə 201 milyard dollar idi. Onlar bu dizbalana qarşı idilər.
Əmtəə qiymətlərinin düşməsi və əmək bazarının çökməsi nəticəsində yaranan iqtisadi böhran qlobal balanssızlığı hamarlaşdırdı.
2008-ci ildəki qlobal iqtisadi böhrandan tutmuş 2022-ci ilin yeni iqtisadi böhranına qədər – pandemiya dövrünün böhranını nəzərə almıram – Avropa İttifaqında sənaye istehsalı artmadı, digər iqtisadi parametrlərin əksəriyyəti yaxşılaşmadı. Üstəlik, İtaliya, Yunanıstan, İspaniya və Fransada istehsal səviyyəsi Serbiyanın səviyyəsi ilə müqayisə oluna bilən uzaq keçmişə qayıtdı. Lakin bu, bombardmanların, sanksiyaların və yanlış iqtisadi siyasətin nəticəsidir.
2020-ci ildə ABŞ-ın ticarət kəsiri 982 milyard dollara, Böyük Britaniyanın isə 238 milyard dollara çatması səbəbindən beynəlxalq balanssızlığı aradan qaldırmaq üçün yeni böhranın ilkin şərtləri müəyyən edildi. Bunun əksinə olaraq ən yüksək aktiv ticarət balansını Çin (535 milyard dollar), Almaniya (207 milyard dollar) və Rusiya (105 milyard dollar) göstərdi. Bununla paralel ərəb ticarətinin müsbət saldosu 2008-ci ildəkindən xeyli az idi. Çünki neftin qiyməti 2020-ci ildə xeyli aşağı idi.
2021-ci ildə artan neft qiymətləri Rusiyanın ticarət balansını təxminən iki dəfə artıraraq 105,4 milyard dollardan 198,2 milyard dollara yüksəldi. ABŞ isə 1 trilyon 183 milyard dollarlıq yeni kəsir rekordu vurdu.
Bildiyiniz kimi, balanssızlıq ağrılı iqtisadi böhranlar vasitəsilə tarazlığa gətirib çıxarır.
Əgər 2008-ci ildə əmtəə qiymətlərinin çökməsinə ümumi likvidlik yəni pul çatışmazlığı səbəb olurdusa, indi vəziyyət başqadır. Birincisi, Rusiyaya qarşı sanksiyalar əmtəə qiymətlərindəki enişin qarşısını alacaq. İkincisi, hökumətin koronavirusla mübarizə tədbirləri nəticəsində yaratdığı böhranın nəticələrini yumşaltmaq üçün buraxılan həddindən artıq likvidlik dünyanın əksər inkişaf etmiş ölkələrində rekord qiymətlərin artmasına səbəb olacaq.
Bunu dünya iqtisadiyyatında staqflyasiyanı Marqaret Tetçer və Ronald Reyqanın hakimiyyətə gəlişindən əvvəlki 1974-1980-ci illərdəki ilk neft şokundan sonrakı dövrlə müqayisə etmək olar. Onların siyasi arenada görünməsi 80-ci illərin əvvəllərindən bəri davam edən böyük tənəzzülə səbəb oldu. O, öz növbəsində, üçüncü dünya borc köləliyinə və Şərq Blokunun dağılmasına gətirib çıxardı".
Hazırladı: Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 24 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri kriminal xabar az