Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil oldu
Çinin 3 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.
KONKRET.azxəbər verir ki, bu barədə "Yomiuri" nəşri Yaponiyanın 11-ci Dairə Sahil Mühafizəsi Qərargahına istinadən məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın ərazi sularında balıqçılara yaxınlaşan Çin gəmilərinə ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.
Sahil Mühafizəsinin Baş Qərargahı Çin bayrağı altında üzən gəmilərin sentyabrın 8-dən bəri ilk dəfə, bu il isə 27-ci dəfə Yaponiya ərazi sularını pozduğunu açıqlayıb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Çin və Rusiyaya məxsus ümumilikdə 7 gəmi paytaxt Tokionun cənubundakı İzu adaları bölgəsindən keçib.
Qeyd edək ki, Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.
Yaponiyaya məxsus olan və heç kimin yaşamadığı adalar uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olur.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır