Çin generallarının Tayvanı işğal planının gizli səs yazısı YAYILDI
Tayvanla müharibəyə hazırlaşan çinli generalların gizli görüşünün səs yazısı yayılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" qəzeti məlumat yayıb.
Sözügedən görüşdə qeydə alınan səs yazısı Çin əsilli mühacir Vanq Dinqanqın yaratdığı "Lude Media" tərəfindən sızdırılıb. Lude Media səs yazısını yüksək rütbəli hərbçilərdən əldə etdiyini açıqlayıb.
Belə ki, Çin rəsmilərinin toplantıda 140 min əsgərdən ibarət işğal planı müzakirə olunub. Səs yazısında generalların "müharibyə başlayaq" və "Tayvanı əzməkdən çəkinməyək" kimi ifadələr işlətdikləri aydın hiss olunur.
Digər tərəfdən Tayvan rəsmiləri bu yaxınlarda paytaxt Pekini vura biləcək raketlərə sahib olduqlarını iddia ediblər. Buna görə də, Çinin ada ölkəsinə hücum etməzdən əvvəl iki dəfə düşünməli olduğunu diqqətə çatdırıblar.
Tayvan Qanunvericilik Assambleyasının sədri You Si Kun bildirib ki, Çinin işğala qərar verəcəyi təqdirdə ölkəsi "Yun Feng" səsdən sürətli qanadlı raketlərdən istifadə edəcək:
"Biz Tayvanın müstəqilliyini qoruyub saxlamaq üçün istənilən cəhdi qətiyyətlə dəf edəcəyik. Nə olursa-olsun, sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, Tayvan və Çin 1949-cu ildə vətəndaş müharibəsi zamanı bir-birindən ayrılıb. Bununla belə, Çin hələ də adaya olan iddiasından əl çəkmir.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?