Çin "iPhone" fabrikinin yerləşdiyi iqtisadi zonanı BAĞLADI
Çin höküməti "iPhone" telefonlarının istehsalı üzrə ən böyük müəssisə olan "Foxconn"un fabrikinin də yerləşdiyi Çjençjou hava limanının iqtisadi zonasında ciddi antiepidemiya tədbirləri tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə iqtisadi zona administrasiyasının "WeChat" sosial şəbəkəsindəki bəyanatında deyilir.
Bildirilib ki, rayonda xəstəliyin qarşısının alınması və onunla mübarizə sahəsində vəziyyət çətin olaraq qalır.
Bununla əlaqədar noyabrın 2-si yerli vaxtla saat 12:00-dan noyabrın 9-u saat 12:00-a nəzarət tədbirlərinin tətbiqi qərara alınıb.
Açıqlamada bildirilir ki, ərazidə yaşayanların bir yerə toplaşması və evlərini tərk etməsi qadağandır.
Bundan başqa, avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub.
Həftə ərzində xəstəliklərin profilaktikası və mübarizə sahəsində çalışan kadrlar istisna olmaqla, bütün inzibati qurumların əməkdaşları evdən işləyəcək. Ərzaq mağazaları və apteklər istisna olmaqla, ticarət müəssisələrinin də işi dayandırılıb.
Qeyd edək ki, "Foxconn" dünyanın ən böyük elektronika istehsalçısıdır və "Apple" kimi aparıcı qlobal şirkətlərin sifarişlərini yerinə yetirir. "Hon Hai Precision Industry" kimi də tanınan şirkətin əsas istehsal müəssisələri Çin şəhərlərində yerləşir.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü