"Çin Putinin iqtisadiyyatını niyə xilas edə bilmir?" - "The New York Times"ın ŞƏRHİ + ÖZƏL

Pol Kruqman çox tanınmış solçu iqtisadçıdır və müntəzəm olaraq "The New York Times" üçün köşə yazıları yazır. Ümumilikdə, belə fikir var ki, onun yazdıqları Demokrat Partiyasının iqtisadiyyata baxışıdır. Ona görə də, məqalənin bizim üçün maraqlı olmasını nəzərə alaraq ixtisarla təqdim edirik.
Çin Rusiyanı xilas etməyəcək. Bunun dörd səbəbi aşağıda təsvir edilir.
Yeri gəlmişkən, məqaləni oxumağa başlamazdan əvvəl iki rəqəmi xatırlamaq vacibdir: Çinin Avropa və ABŞ ilə ticarəti ildə təxminən 1 trilyon 200 milyard dollara bərabərdir. Rusiya ilə isə təxminən 110 milyard dollardır. Bundan çox şeyi başa düşmək olar.
İndi isə Pol Kruqmanın maraqlı materialına keçək.
"Ukraynanı işğal etmək qərarına gəldikdə, Vladimir Putin hər şeyi açıq şəkildə səhv hesabladı. Onun ölkəsinin hərbi gücü haqqında şişirdilmiş təsəvvürü var idi. Düşünürəm ki, keçən həftə Rusiyanın ilk göründüyündən daha az gücə malik olması indi daha real görünür. Putin həm də Ukraynanın mənəvi və hərbi qüdrətini yaxşı qiymətləndirmədi və demokratik hökumətlərin qətiyyətini hesaba almadı. Halbuki, təkcə Bayden administrasiyası Rusiyaya qarşı Ukraynanı silahlandırmaqdan tutmuş hər şeydə təqdirəlayiq iş görmüşdür. Hələ Qərbin maliyyə sanksiyalarını demirəm.
Döyüş əməliyyatlarının faktiki gedişatının müzakirəsinə əlavə edəcəyim heç nə yoxdur. Amma sanksiyaların təsirləri ilə bağlı müəyyən təhlillər apara və xüsusən də, mənə hər zaman verilən bir suala cavab verə bilərəm: Çin alternativ ticarət tərəfdaşı olaraq Putinin iqtisadiyyatını xilas edirmi?
Rusiya Putinin meqalomaniyasını həm pulla, həm də qanla çox yüksək səviyyədə ödəyəcək.
Cavab: Xeyr, ola bilməz.
Əvvəlcə tətbiq olunan sanksiyaların təsirindən danışaq.
Qərbin etmədiyi bir şey Rusiyanın ölkənin əsas ixrac əmtəələri olan neft və qaz satışını əngəlləməyə çalışmasıdır. Birləşmiş Ştatlar Rusiya neftinin idxalına qadağa qoya bilərdi. Lakin bu, simvolik jest olardı: neft dünya bazarında satılır. Üstəlik də o, ticarəti bir az qarışdırır. Bütün hallarda ABŞ-ın Rusiyadan idxalı Rusiyanın istehsal etdiyi neftin təxminən 5%-ni təşkil edir.
Bununla belə, Qərb Rusiyanın qlobal bank sisteminə çıxışını böyük ölçüdə əngəlləyib ki, bu da Rusiya Federasiyası üçün çox böyük problemdir. Rusiya ixracatçıları öz mallarını ölkədən çıxara bilirlər. Amma indi onlar üçün xaricdən pul almaq çətindir. Daha önəmlisi odur ki, Moskvaya Rusiyaya mal idxal etmək üçün pul ödəmək çətindir.
Əslində, Rusiya ticarətinin hələ də qanuni olaraq icazə verilən sahələri qurumağa doğru gedir. Çünki, Qərb şirkətləri əlavə məhdudiyyətlərdən və siyasi reaksiyalardan qorxaraq "özünü sanksiya" ilə məşğul olurlar.
Bu nə dərəcədə vacibdir?
Rus elitası, əlbəttə ki, Prada çantaları olmadan yaşaya bilər, lakin, məsələn, Qərb dərmanları tamamilə fərqli bir məsələdir. Hər halda, istehlak malları Rusiya idxalının yalnız üçdə birini təşkil edir. Qalanı kapital, komponentlər, yəni başqa malların istehsalında istifadə olunan komponentlər və xammaldır. Bu mallar Rusiyaya iqtisadiyyatı dəstəkləmək üçün lazımdır və onların olmaması mühüm sənaye sahələrinin dayanmasına səbəb ola bilər. Məsələn, artıq təkliflər var ki, hissələrin və xidmətlərin tədarükünün dayandırılması Rusiya aviasiyasını tez bir zamanda sarsıda bilər. Bu isə belə nəhəng ölkə üçün böyük problemdir.
Bəs Çin Putini iqtisadi həyat xətti ilə təmin edə bilərmi?
Düşünürəm ki, dörd səbəbə görə yox.
Birincisi, Çin iqtisadi gücünə baxmayaraq, Rusiyanın ehtiyac duyduğu bəzi malları, məsələn, Qərb istehsalı olan təyyarə hissələri və yüksək səviyyəli mikrosxemləri təmin edə bilmir.
İkincisi, Çinin özü sanksiyalara qoşulmasa da, qlobal iqtisadiyyata dərindən inteqrasiya olunub. Bu, o deməkdir ki, Çin bankları və Qərb korporasiyaları kimi digər bizneslər özlərini sanksiyalaşdıra bilər, yəni daha vacib (Qərb) bazarlarda istehlakçılar və tənzimləyicilərin reaksiyasından qorxaraq Rusiya ilə iş görməkdən çəkinəcəklər.
Üçüncüsü, Çin və Rusiya coğrafi (iqtisadi mənada) bir-birindən çox uzaqdır. Bəli, onların ümumi sərhədi var. Lakin Rusiya iqtisadiyyatının böyük hissəsi Uralın qərbində, Çin iqtisadiyyatının çox hissəsi şərqdə yerləşir.
Və nəhayət, dördüncü, məncə, kifayət qədər diqqət yetirilməyən bir məqam – Rusiya ilə Çin arasında iqtisadi güc fərqinin böyük olmasıdır.
Bəzi siyasətçilər İkinci Dünya Müharibəsinin Almaniya-İtaliya-Yaponiya oxunu xatırladan mümkün "avtokratiya qövsü" barədə xəbərdarlıq etdilər. Və Rusiyanın törətdiyi vəhşilikləri nəzərə alsaq, müqayisə qeyri-adi deyil. Ancaq bu cür qövsdəki tərəfdaşlar qeyri-bərabər olacaqlar.
Putin Sovet əzəmətini bərpa etmək arzusunda ola bilər, lakin 30 il əvvəl Rusiya ilə eyni ölçüdə olan Çin iqtisadiyyatı indi 10 dəfə böyükdür.
Petr Çernışev, Ukrayna.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 08 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari sonxeber bugünkü son xəbərlər son xeber 2026