Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Çinin vençur kapitalı şirkəti - "Infinite Capital Holding" Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır.
azxeber.com xəbər verir ki, bu barədə "Report"a şirkətin direktor müavini Alan Ma məlumat verib.
Onun sözlərinə görə, təmsil etdiyi kommersiya qurumu inkişaf etməkdə olan sahələrə sərmayə yatırır: "Layihələrimizin əksəriyyəti avtomobillər və onların ehtiyat hissələrinin, yeni enerji texnologiyalarının, çip və yarımkeçiricilərin istehsalını əhatə edir".
A.Ma əlavə edib ki, hazırda Azərbaycan bazarı ilə şirkət arasında heç bir əməkdaşlıq yoxdur: "Hələ ki, yeni imkanlar və perspektivlər axtarırıq. Ola bilsin ki, sərmayə qoymaq üçün uyğun bir fürsət tapaq. Hazırda buradakı bazarın atmosferini və ümumi mühiti öyrənirəm. İndiyə qədər əldə etdiyim təəssürata əsasən deyə bilərəm ki, bu, inkişaf edən bir bazardır. Əhalinin müəyyən hissəsi kifayət qədər varlıdır və onların tələbatı son illər nəzərəçarpacaq dərəcədə artıb. Məncə, Çin məhsulları, xüsusilə də "yaşıl enerji" ilə işləyən avtomobillər, elektrikli nəqliyyat və elektrik enerjisinin saxlanılması üçün sistemlər burada yaxın gələcəkdə böyük satış potensialına malik olacaq"
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO