Çin və Kanada arasında GƏRGİNLİK: Konsul "persona non-qrata" ELAN EDİLDİ
Çin Kanadanın Şanxaydakı konsulu Cennifer Linn Lalondu "persona non-qrata" (arzuolunmaz şəxs) elan edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu addım Kanadanın əsassız hərəkətlərinə cavab olaraq atılıb və diplomatın mayın 13-dək Çini tərk etməsi bildirilib.
Məlumata görə, Lalond siyasi və iqtisadi məsələlər, eləcə də ictimaiyyətlə əlaqələr üzrə konsul kimi fəaliyyət göstərir.
Qeyd edək ki, bazar ertəsi Kanada hökuməti Torontodakı Çin Baş Konsulluğunun diplomatı Çjao Veyi "persona non-qrata" elan edib. Kanada kəşfiyyatı çinli diplomatın parlamentin deputatını və onun qohumlarını qorxutmaqda əli olması ilə bağlı iddialar irəli sürüb. Söhbət ailəsi Honkonqda yaşayan müxalif Kanada Mühafizəkarlar Partiyasının üzvü Maykl Çonqdan gedir.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi