Cinayətdə şübhəli bilinən deputatlığa namizəd həbs olundu - RƏSMİ

Cinayətdə şübhəli bilinən deputatlığa namizəd həbs olundu - RƏSMİİyulun 30-da Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Cavadov Nazir Ağacavad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 
azxeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, faktla bağlı başlanmış cinayət işi üzrə Sumqayıt şəhər polis idarəsində ibtidai istintaq davam etdirilir.
İstintaqla 46 saylı Sumqayıt beşinci seçki dairəsindən 01.09.2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyi qeydə alınmış 1989-cu il təvəllüdlü Taleh Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nazir Cavadova kəsici-deşici alətlə qəsdən zərbə vuraraq onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Məmmədovun namizədliyi 29.07.2024-cü il tarixdə qeydə alındığından Azərbaycan Respublikası Cinayət-Prosessual və Seçki məcəllələrinin tələblərinə əsasən Baş prokuror tərəfindən onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilib.
Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub, əməlin ağırlıq dərəcəsi və xarakteri nəzərə alınaraq barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Sosial       Tarix: 01 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər axsam az xeberler novruz bayramı xeber.az bu gun