Çində yayılan koronavirusdan sağalmaq olurmu? – Qorunmaq üçün dərman
Dünya Səhiyyə Təşkilayı bütün ölkələrə koronavirusun törətdiyi yeni növ pnevmoniyanın yayılacağı barədə Xəbərdarlıq edib.
Xəbər verildiyi ki, zökəm, boğazda ağrı, döş qəfəsində sıxılma, öskürək, qızdırma, baş ağrısı, titrətmə ilə gələn koronavirusdan ölüm səbəbi kəskin pnevmoniya olur.
Milli.Az medicina.az-a istinadən xəstəlikdən müalicə barədə məlumatı təqdim edir.
Koronavirus müalicəyə tabe olurmu?
Yeni virus barədə tibbə az məlum olduğundan xüsusi dərman və spesifik müalicə sxemi yoxdur. Xəstələrə illər öncə digər viruslar üçün hazırlanmış virus əleyhinə dərmanlar təyin edilir.
Əsas müalicə hədəfi ağız simptomların azaldılması, xəstənin gücünün artırılmasıdır. Xəstəliyin necə keçməsi və müalicə xəstənin immun sistemindən asılıdır.
Rusiyada hələ yoluxma halı qeydə alınmasa da, insanlara qorunmaq üçün respirator xəstəliklərin profilaktikasında istifadə olunan preparatların qəbulu təyin olunur, bu dərmanlar endogen interferon sintez edir.
Koronavirusda yeganə çəkinməli hal pnevmoniyadır. Ağciyərlərin kəskin iltihabi prosesi qrip, istənilən virus xəstəliyi və zökəmdə ola bilər. Onu törədən bakteriya və göbələklərdir. Ağciyərlərə burun və ağızdan keçir.
Tamiflyu dərmanı ehtiyatını tutun
İstər donuz, istər quş qripi tüğyan etdiyi illərdə bütün ölkələr virusəleyhinə preparatlardan ən yaxşısı olan TAMİFLU alıb ehtiyatını tuturdu. Hətta Gürcüstanda bu dərman insanlara bir qutu olmaqla pulsuz verilirdi.
Tamiflu qrip viruslarının törədəcəyi xəstəliyin qarşısını alır. Tərkibindəki birləşmə virusun patogenliyini azaldır.
Ona görə də koronavirusda da hələ ki, bu dərmanı profilaktika məqsədilə, eləcə də zökəm əlamətləri görünən kimi qəbul etmək məsləhətdir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ