Çingiz Əhmədov: "Deyirdilər ki, atanız qadın paltarı geyinir
Çingiz Əhmədov: "Deyirdilər ki, atanız qadın paltarı geyinir"
"39 ildir ki, Akademik Musiqili Teatrda çalışıram. Həmkarım Rəhman Rəhmanov isə 50 ildir ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında işləyir. "Oradan-buradan"ı yenidən bərpa etmək üçün həm vaxt, həm də məşqlər lazımdır. Eyni zamanda da güclü ssenaristə ehtiyac var. Bizim ssenaristimiz dünyasını dəyişib. Bütün güc onda idi".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "Qonağın qonağı" verilişində deyib. Aktyor bir vaxtlar həmkarı Rəhman Rəhmanovla oynadığı "Oradan-buradan" silsilə teletamaşalarını dayandırma səbəbindən danışıb:
"O zamanlar övladlarım İbrahim və Çinarə kiçik yaşda idilər. Onları mütəmadi təhsil aldıqları 189 saylı orta məktəbdən götürürdüm. Onların yaşıdları uşaqlarımın başına yığışıb deyirdilər ki, bunların ataları "arvad paltarı"nda səhnəyə çıxır. Bunu eşitdim və mənə çox pis təsir etdi. O sözlərdən sonra dedim ki, qadın obrazında çıxış etmək yetər. 2006-cı ildə sonuncu "Oradan-buradan" konsertini verdik.
Dedim ki, bununla da biz qadın paltarı geyinərək qadın obrazlarına son qoyuruq. Hər şeyin vaxtı, zamanı var. Bu da tükənməli, bitməlidir. Olmaz! Mən aktyoram.
Qadın paltarını çalışdığım teatrda da geyinə bilərəm. Marat Haqverdiyevin "Qısqanc ürəklər" komediya tamaşasında "hamilə qadın" və "sevgili qəhrəman" rolunu canlandırırdım. Teatr aktyorlarına qadın paltarı geyinib bu obrazı oynamaq çox çətindir. Bizdən əvvəl qadın obrazlarını Mirzəağa Əliyev, Mösüm Sənani, Rafael Dadaşov, Yaşar Nuri canlandırıb". / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var