Çingiz Əhmədov: "Şit parodiyalar çoxalıb

Çingiz Əhmədov: Çingiz Əhmədov: "Şit parodiyalar çoxalıb"
"Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. Bu ssenarilərdə mən də, digər böyük sənətkarlarımız da improvizə edirdilər. İndi yazarlar cılızlaşdığına görə improvizə də yoxdur. İmprovizə etmək üçün material, əsər olmalıdır, məqam gəlməlidir. O məqam yoxdur. Ona görə də yersiz, şit parodiyalar çoxalıb. Səviyyəsiz dərəcəyə gəlib çıxır. Təbii ki, peşəkarcasına oynayan uşaqlar da var, onlara uğurlar arzulayıram".
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.
"Aktyor gərək anadan aktyor doğulsun. Sonra da getsin oxumağa. O vaxt mənim yadımdadır ki, Əliağa Ağayev, Fazil Salayev sənətə gələndə aktyor kimi peşəkar idilər. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alanlar var ki, hamısı aktyor olmayacaq. Universiteti bitirib alverə, satışa gedirlər. Bu sənət də heyif olur. Mən gözləmirdim ki, oğlum İbrahim gəlib peşəkar aktyor olacaq. Təbii ki, evin içində hər şeyi görüb-götürüb, sonra da universitetə daxil oldu. Maşallah bu gün reytinqdə mənimlə eyni balansdadır. Sənəti sevib gəlmək lazımdır", - deyə aktyor bildirib.
Çingiz Əhmədov bildirib ki, hansısa sənətkardan öyrənmək olar, amma onu yamsılamaq yox.
"Mən 10 yaşımdan televiziyada böyümüşəm. Hamını görmüşəm. Hərəsindən nəsə götürmüşəm, amma özümü kiməsə bənzətməmişəm. Odur ki, Əliağa əmi (aktyor Əliağa Ağayev) həmişə mənə deyirdi ki, "sən özünü qoru, gələcəyin var". Bu mənim qulağımda qalıb. Nəsibə Zeynalova, Eldəniz Zeynalov evimizin içi idi. Mən onları da yamsılamamışam. Aktrisa Ofeliya Məmmədzadənin ruhu qarşısında baş əyirəm ki, o 1984-cü ildə məni teatra apardı. Nəhənglərlə çalışıb onlardan çox şey öyrənmişəm, amma öz yolumu getmişəm. Heç kəsi də təbliğ, təkrar etməyi sevməmişəm. Allah Hacıbaba Bağırova rəhmət etsin, sağlığında öz rollarını mənə verib, kənara çəkildi. 40 il olacaq ki, teatrda çalışıram. Hacıbaba Bağırov deyirdi ki, sevinirəm ki, teatrda davamçım var, təlxək yox, o da Çingiz Əhmədovdur", - deyə aktyor bildirib. / oxu.az

Şou Biznes       Tarix: 13 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər novruz bayramı metbuat sosial yardim