Çingiz Hüseynzadə WAKO prezidentini qəbul etdi - FOTO

Çingiz Hüseynzadə WAKO prezidentini qəbul etdi - FOTOMilli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda işgüzar səfərdə olan Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykeri qəbul edib.
MOK-un mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qonağı salamlayan Ç.Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu bildirib.
"MOK-un prezidenti, dövlət başçısı İlham Əliyev qeyri-olimpiya növlərinə də diqqət göstərilməsini vacib hesab edir və təbliğati istiqamətdə fəaliyyət göstərməkdə maraqlıyıq" deyən qurum rəsmisi ölkə rəhbərinin yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə xüsusi mükafatlar təqdim etdiyini xatırladıb və onlar arasında xeyli kikboksinqçinin də olduğunu vurğulayıb: "Biz kikboksinqin Yay Olimpiya Oyunlarının idman proqramına salınmasını istərdik. Çünki ölkəmizdə idmanın inkişafına töhfə verən idmançılar arasında kikboksinqçilər də var".
Ç.Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına salınan karate idman növündən də bəhs edib: "İlk dəfədir ki, karate olimpiadanın proqramına salınıb. Bu, bizi sevindirir. Çünki Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən və dünya miqyasında tanınan karateçilərimiz Tokioya medal üçün gedirlər".
Səmimi görüşə görə təşəkkürünü bildirən R.Beyker Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində mütəmadi qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib. O təmsil etdiyi növün idman fəslsəfəsinə yenilik qatdığını da bildirib: "Kikboksinq yıxılmağı və ayağa qalxmağı öyrədir. Bizdə qalibiyyət qədər məğlubiyyətdən sonra davam etməyin mümkünlüyü də təlqin olunur".
Kikboksinqin gənc nəslin marağına səbəb olduğunu bildirən WAKO prezidenti bu idman növünün qadınlar arasında populyar olduğunu da vurğulayıb: "Karatedə qadınların iştirakı 27%, boksda cəmi 12%-dirsə, kikboksinqdə bu göstərici 34%-ə çatır ki, bu da bizi sevindirir. Kikboksinq ən çox tədbir keçirən və ən çox üzvü olan idman növlərindən biridir. Hər il kikboksinq üzrə 1300 tədbir keçirilir, dünya üzrə üzvlərimizin sayı isə 5,2 milyona çatır".
Görüşün sonunda Ç.Hüseynzadə R.Beykerə MOK-un hədiyyələrini təqdim edib, xatirə şəkilləri çəkilib.

İdman       Tarix: 21 may 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az