Çinin dövlət banklarından QƏRİBƏ ADDIM - İşçilərdən mükafatların qaytarılması tələb edildi

Çinin dövlət banklarından QƏRİBƏ ADDIM - İşçilərdən mükafatların qaytarılması tələb edildiÇinin dövlət maliyyə qurumları işçilərin mükafatlarına nəzarəti gücləndirir, maliyyə sektorunun auditini genişləndirir.
KONKRET.azxəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Nəşrin məlumatına görə, Çində dövlət investisiya fondlarının aparıcı menecerlərinə illik maaşlarının 2,9 milyon yuanı (400 min dollar) keçən hissəsini qaytarmaq əmri verilib. Bu, iyun ayında aparılan yoxlamadan sonra baş verib. Cari il üçün mükafatların ödənilməsi də təxirə salınıb.
Yoxlama Honq-Konqa da yayılıb. Çinlə müqavilələr əsasında işləyən dövlətə məxsus "Citic" qrupunun bölmə rəhbərlərinə də bonusları qaytarmaq əmri verilib. Honq-Konq dövlət konqlomeratı "Everbright Group"un investisiya bölməsinin menecerləri də oxşar tələblər alıblar.
Tədbirlər dövlətə məxsus maliyyə konqlomeratlarına nəzarəti gücləndirmək məqsədi daşıyır. Yoxlama hazırda Honq-Konq dövlət qurumlarında, xüsusən də müqavilələr əsasında işləyən fondlara və bankirlərə şamil edilir.
Ekspertlər bu addımları maliyyə sektoru üzərində texnologiya və istehsalın əhəmiyyətini dəfələrlə vurğulayan Çin prezidenti Si Cinpinin "yüksək keyfiyyətli inkişaf" və "ortaq rifah" kampaniyası ilə əlaqələndirirlər.
Bu tədbir dövlət maliyyə konqlomeratlarının bütün qiymətli kağızlar və qarşılıqlı fond bölmələrinə mənfi təsir edəcək. Əvvəlcə əsas hədəflər menecerlər və yüksək maaş alan işçilər idisə, indi yoxlamaların əhatə dairəsi genişlənib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Sosial       Tarix: 29 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az