Çinin xarici ticarəti 5 faiz artdı
Çinin xarici ticarəti ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə yuan ifadəsində 5 faiz artaraq 10,17 trilyon yuana (1,43 trilyon ABŞ dolları) çatıb.
KONKRET.az xəbər verir ki, bu dövrdə ixrac yuan ifadəsində 4,9 faiz, idxal isə 5 faiz çoxalıb. İxracda əsas yeri maşınqayırma, elektronika məhsulları tutub.
Dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çinin xarici ticarəti ilk dəfə olaraq bir rüb ərzində 10 trilyon yuanı ötüb. Hesabat dövründə Çinin "Bir kəmər, bir yol" təşəbbüsü üzrə tərəfdaş ölkələrlə ticarətindəki artım tempi (5,5 faiz) ölkənin xarici ticarətinin artım tempindən yüksək olub. Bu ölkələrlə ümumi ticarətin həcmi Çinin xarici ticarətinin 47,4 faizini təşkil edib.
Qeyd edək ki, Çinin xarici ticarəti yuan ifadəsində artsa da, dollar ifadəsində azalıb. Belə ki, martda ixrac 7,5 faiz, idxal isə 1,9 faiz azalıb. Xarici ticarətdə müsbət saldo yanvar-fevralda 125,1 milyard, martda isə 58,6 milyard dollar olub.
Çinin Baş Gömrük Administrasiyasının sədr müavini Van Lincun bildirib ki, beynəlxalq vəziyyətdəki dərin dəyişikliklər və qlobal iqtisadi inkişafın üzləşdiyi çoxsaylı ciddi problemlər fonunda Çinin xarici ticarəti sınaqlarla üzləşib. Buna baxmayaraq, Çin iqtisadiyyatının əsas gücü hələ də yüksələn bir trayektoriyadadır və ölkənin xarici ticarətindəki davamlı inkişaf möhkəm bir təməl üzərində qurulub.
Ekspertlər hesab edirlər ki, cari il ərzində Çinin ixracının 5 faiz civarında artacağı gözlənilsə də, daxili tələbatın azalması fonunda idxalın çoxalacağına ümid yoxdur. Ötən il Çinin ümumi ixracı dollar ifadəsində 4,6 faiz azalıb. Bu, son 7 ildə ilk azalma olub.
Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadiyyata təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu