Co Baydenin Qarabağ açıqlamasının arxasında nə dayanır? - ŞƏRH

Co Baydenin Qarabağ açıqlamasının arxasında nə dayanır? - ŞƏRHCo Baydenin Qarabağ açıqlamasının arxasında nə dayanır? - ŞƏRH
Hər bir siyasətçinin müəyyən problemlərə müxtəlif baxış bucağından baxması mümkündür, lakin istənilən halda bu mövqenin ədalətə söykənməsi mütləqdir. Ədalətli danışmaq, ədalətli davranmaq, ədalətin yanında olmaq siyasətçiyə nüfuz gətirər, tərəfdarları arasında ona olan rəğbəti daha da artırar.
Oktyabrın 28-də ABŞ prezidentliyinə namizəd Co Baydenin açıq-aşkar seçki kampaniyasının təsiri altında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv bəyanatla çıxış etməsi Azərbaycan ictimaiyyətinin haqlı olaraq qınağına səbəb olur və müəyyən şübhələr doğurur.
Baydenin erməni lobbisindən dəstək almaq məqsədi 
ABŞ-dakı erməni lobbisinin uzun illərdir bu ölkənin siyasi dairələrinə güclü təsir imkanlarına malik olduğu heç kimə sirr deyil. Co Baydenin son bəyanatının da həmin lobbinin, erməni seçicilərin dəstəyini qazanmaq məqsədindən irəli gəldiyini deyə bilərik.
Bəzən seçki prosesində siyasətçinin müxtəlif siyasi manevrlər etməsi normal qarşılanır. Lakin cənab Bayden sıradan bir siyasətçi olmadığını, dünyanın güclü dövlətlərindən birinin prezidentliyinə iddialı şəxs olduğunu hər addımında nəzərə almalıdır.
Unutmamalıdır ki, ABŞ həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına birbaşa cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələrdən heç biri, o cümlədən, ABŞ münaqişə tərəflərindən hər hansı birinə açıq dəstək nümayiş etdirməməlidir.
Digər tərəfdən, Co Bayden nəzərə almalıdır ki, siyasət və ümumilikdə həyat yalnız bu seçkilərlə bitmir, üstəlik, erməni seçicilərlə yanaşı, digər millətlərdən olan milyonlarla seçici var və onların da mövqeyi önəm daşıyır. Bu, bir siyasətçi kimi, onun gələcək fəaliyyətində obyektivliyini şübhə altına almış olar.
Co Baydenin diqqətinə: Azərbaycan xalqı ən ağrılı problemini həll edir
Artıq 30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altında idi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Belə olan vəziyyətdə bir siyasətçi kimi, Co Bayden Azərbaycan xalqının üzləşdiyi bu humanitar fəlakətə səssiz qalmamalı idi.
Son bəyanatında ABŞ prezidentliyinə namizəd olan şəxs "Dağlıq Qarabağ xalqının böyük humanitar fəlakətlə üz-üzə olduğunu" bildirir. Əvvəla, "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur. Dağlıq Qarabağın azərbaycanlı və erməni icması var.
Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı burada yaşayan azərbaycanlı əhali etnik təmizləməyə məruz qalıb.
Otuz ilə yaxındır ki, həmin azərbaycanlılar məcburi köçkün həyatı yaşayır. Lakin bu illər ərzində Co Bayden bir dəfə də olsun Azərbaycan xalqının üzləşdiyi humanitar fəlakətə münasibət bildirməyib.
Cənab Bayden unutmamalıdır ki, seçkilər öncəsi Azərbaycan xalqının ədalətli mövqeyinə zidd bəyanatlar verməklə, öz şəxsi maraqları naminə bir xalqın, illərdir öz tarixi torpaqlarında dinc yaşamaq hüququndan məhrum edilmiş insanların maraqlarını tapdayır. Bu, isə bir siyasətçi kimi, ona dvidend gətirmir.
Həm cənab Bayden, həm də digər siyasətçilər anlamalıdırlar ki, Qarabağ Azərbaycan üçün ən ağrılı problemdir və bu, hər hansı seçki kampaniyası, siyasi manipulyasiya vasitəsi deyil. Bu gün Azərbaycan Ordusu məhz BMT-nin ABŞ-ında daimi üzvü olduğu Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini icra edir.
Eyni zamanda, münaqişə ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi ABŞ-da daxil olmaqla, dünya birliyi tərəfindən dəstəklənir. Bu mövqe münaqişə ilə bağlı qəbul olunmuş sənədlərin hər birində əksini tapıb.
Digər tərəfdən, Azərbaycan dəfərlərlə bəyan edib ki, humanitar atəşkəsə tam riayət edir və danışıqların bərpasına tam hazırdır. Bu, Azərbaycanın sülhpərvər siyasətini bir daha nümayiş etdirir. Lakin danışıqları pozan da, hazırda atəşkəslə bağlı razılaşmalara əməl etməyən də, Azərbaycanın yaşayış məntəqələrini, dinc sakinləri raket atəşinə tutan da Ermənistandır.
Oktyabrın 28-də Co Baydenin məlum bəyanatının verildiyi gün də məhz Ermənistan ordusu tərəfindən cəbhə bölgəsindən aralıda yerləşən Bərdə şəhəri raket atəşinə tutuldu. Bu müharibə cinayəti nəticəsində 21 nəfər həlak oldu, 70-ə yaxın insan yaralandı.
Azərbaycan xalqının belə bir ağır günündə təcrübəli siyasətçi Co Baydendən bu vəhşiliyə münasibət bildirməsi daha məqsədəuyğun olardı. Lakin təəssüf ki, o, bunu etmədi və birmənalı şəkildə erməni mövqeyindən çıxış etdi.
Hər bir dövlət, hər bir siyasətçi bilməlidir ki, Azərbaycan öz tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Erməni xalqının yeni dövlət qurmasını dəstəkləyənlər isə öz ölkələrinin ərazisində yaşayan ermənilərə ərazi ayıra bilər.
Azərbaycanın apardığı mübarizə isə tarixi ədalətin bərpasına, bölgədə sülhün, rifahın bərqərar olmasına xidmət edir.
Qafqazinfo /oxu.az

Siyasi       Tarix: 29 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin maşınında selfi çəkdi - Foto

Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin avtomobilində selfi çəkib. xəbər verir ki, bununla bağlı görüntünü Peter Pelleqrini sosial şəbəkə hesabında paylaşıb. "Növbət

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, ölkəmizdə icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfrans

Azərbaycanla Malayziya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Malayziya parlamentləraras

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki

Tramp Əliyevin sözlərini "Truth Social"da paylaşdı

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışına həsr olunmuş "Breitbart News" məqaləsinə keçid paylaşıb

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən son görüntülər son xəbər valyuta