Conni Deppın TOPUĞU SINDI
Amerikalı kinoulduz Conni Depp ağır zədə alıb.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Hollivud ulduzu Conni Depp "Kann" Film Festivalında xəsarət alıb.
Hollivud aktyorunun topuğu sınıb, ona görə də indi onun müalicəsi lazımdır. Bu səbəbdən ulduzun "The Hollywood Vampires" qrupu ilə qarşıdakı konsertləri təxirə salınır.
"Biz kədərlə xəbər veririk ki, "Hollivud Vampirləri" bu həftə ABŞ-a üç tur tarixini dəyişdirəcək. Conni son çıxışında ayaq topuğundan ağır zədə alıb. Həkimi ona səyahət etməməyi tövsiyə edib. O, hadisələrin bu gediaşatından məyus olub. Lakin "Vampirlər"in dörd üzvünün də Avropa turunda ən yaxşı şəkildə çıxış edə bilməsi üçün istirahət etməyi səbirsizliklə gözləyir", – "The Hollywood Vampires" qrupunun məlumatında deyilir.
Xatırladaq ki, Conni Depp "Kann" Film Festivalında səs-küy yaradıb. Aktyor "Janna Dübarri" tarixi filminin qala gecəsinə çıxıb. Dramda məşhur Fransa kralı XV Lüdovik rolunu oynayıb. Bu, Ember Herddən qalmaqallı boşandıqdan sonra Depp üçün ilk səhnədir. Səhnə başa çatdıqdan sonra tamaşaçılar onu yeddi dəqiqə sürəkli alqışlayıblar.
Xuraman Etibarlı,
KONKRET.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var