COP29-a sədrlik Azərbaycanın dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirir

COP29-a sədrlik Azərbaycanın dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirirAzərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi uzun illərdir qazıntı yanacağı üzrə etibarlı tərəfdaş olan ölkəmizin dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirir.
azxeber.com-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində keçirilən nazirlər panelində əsas məruzəçi olaraq COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair çıxış zamanı bildirib.
O, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və müasir milli enerji siyasətinin "yaşıl artımı" hədəfləyən prioritetlərinin COP məqsədləri ilə üst-üstə düşdüyünü qeyd edib.
Bildirilib ki, 1 300 MVt-lıq günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması və 100 MVt külək enerjisi layihəsinin hərracı ilə bağlı bu ilə olan planlarımız uğurla reallaşır: "Bu gedişatla 2030-cu ilə 30%-lik hədəfimizə daha tez nail olacağıq. 2027-ci ilədək 2 milyard ABŞ dollarından çox investisiya dəyərində 2 QVt-dək günəş-külək elektrik stansiyalarının inşası bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 33 %-ə yüksəldəcək".
O əlavə edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "yaşıl enerji zonası" elan edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın sıfır emissiyaya malik ərazilər kimi inkişafı, ilkin mərhələdə 5 QVt-dan çox yaşıl elektrik və yaşıl qazların ixracı məqsədilə "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa", həmçinin Qazaxıstan və Özbəkistandan enerjinin ötürülməsi üçün "Azərbaycan-Mərkəzi Asiya-Avropa" yaşıl enerji dəhlizlərinin yaradılması dekarbonizasiya və iqlim məsələlərində ölkəmizi regionda ön plana çıxarır.
"Yaşıl enerji zonaları və dəhlizləri" kimi örnək təşəbbüslər bu gün nəinki COP29-un Fəaliyyət Gündəliyinə istiqamət verir, həmçinin COP-un mirası olmağa daha münasibdirlər. COP29-un əsas mövzusunun maliyyə olduğunu nəzərə aldıqda, bu tədbirin bərpa olunan enerjinin üçqat, enerji səmərəliyinin iki qat artırılması və ədalətli enerji keçidinə nail olunmasını sürətləndirəcək platforma olacağına inanırıq. Bu aspektdə, elektrik şəbəkələrinin gücləndirilməsini, enerji saxlanma imkanlarının genişlənləndirilməsini, hidrogen istehsalının artırılmasını, müvafiq istiqamətlər, o cümlədən HVDC infrastrukturu, enerji səmərəliliyi üzrə investisiyaların bir neçə dəfə artırılmasını təmin edəcək yeni təşəbbüs və hədəflərə ehtiyac var. Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini, enerji keçidini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir," deyə nazir bildirib.
P. Şahbazov müzakirələr zamanı Azərbaycan, Birləşmiş Əərəb Əmirlikləri və Braziliyadan ibarət üçlük mexanizmi, 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması, iqlim fəaliyyəti üzrə çoxtərəfli dialoqun effektiv olması üçün qarşılıqlı etimad, məsuliyyətin və maliyyə imkanlarının ədalətli bölgüsünün təmin edilməsi kimi məsələlərdən də bəhs edib.

İqtisadiyyat       Tarix: 01 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən xəbər valyuta mezenesi ən son xəbər