COP29 beynəlxalq konfrans Azərbaycanda yüksək səviyyədə keçiriləcək

COP29 beynəlxalq konfrans Azərbaycanda yüksək səviyyədə keçiriləcəkAzərbaycan öz siyasəti, prinsipiallığı sayəsində, beynəlxalq hüquqa riayət edərək tam hazırlıqlı ordusu  ilə öz tarixi torpaqlarını cəmi 44 gün ərzində işğalçılardan təmizlədi.  Öz suverenliyini bərpa etdi. Bütün dünya Azərbaycanın gücünü gördü. Beynəlxalq aləmdə dövlətimizin hörməti və nüfuzu daha da artdı.
Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı humanitar normalara riayət edərək antiterror tədbirləri keçirdi. Antiterror tədbirləri zamanı bir nəfər mülki şəxsə belə zərər toxunmamışdı. Hətta erməni əsilli vətəndaşlara Qarabağda Azərbaycan vətəndaşı kimi qalıb yaşamaq təklif olunmuşdu. Lakin bir sıra Qərb ölkələri, Fransa da daxil olmaqla  antiterror tədbirlərindən sonra Azərbaycana qarşı əsassız ittihamlar irəli  sürməyə başladılar.
Çox maraqlıdır ki, məğlub edilən ölkə olan Ermənistan belə bu vəziyyətlə barışıb. Lakin digər Qərb ölkələri və əsasən də Fransa bu barışığın baş tutmasını istəmir.
Bütün bunlara baxmayaraq antiterror tədbirlərindən cəmi 2 ay yarım sonra bütün beynəlxalq aləmin hər bir üzvü BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının  29-cu  sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinə razılıq vermişdir. Onu da qeyd edim ki, Ermənistan da bunu qəbul edərək öz nümayəndəsinin iştirakını təmin edib.
COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində Ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən 198 ölkə COP-da təmsil olunur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin  adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır. Konvensiyanın ali məqsədi isə iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.
2024-cü ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək konfransda dünyanın 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfər nümayəndə heyətinin Bakıya gəlməsi gözlənilir.
Çox qürurverici haldır ki, bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər sessiyaya ev sahibliyi edəcək. Bu etimad Azərbaycanın bütün dünyada nüfuzunun getdikcə artması deməkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin nüfuzu, uzaqgörən siyasəti və bacarığı sayəsində Azərbaycan bütün dünyada humanist, sülhsevər, beynəlxalq qanunlara riayət edən ölkə kimi tanındı. 
120 ölkənin dəstəyi ilə Azərbaycan Qoşulmama Hərəkatına 4 il sədrlik etdi. Sədrlik hətta sonradan bir il də uzadıldı. Prezidentimizin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bir çox humanist addımlar atılıb. 
Azərbaycan təhlükəsiz, humanist, multikultural, tolerant bir dövlət kimi bütün dünyada hörmət qazandı.
Dekabr ayının 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi.
Cənab İlham Əliyev müşavirədə irimiqyaslı beynəlxalq tədbirlərin üzərimizə böyük məsuliyyət qoyduğunu vurğuladı. Qeyd etdi ki, biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.
Ətraf mühit, iqlim ümumbəşəri mahiyyətlidir. Ətraf mühiti qorumaq bu  gün çirklənməkdə olan planetimiz üçün olduqca vacibdir.  Azərbaycan ətraf mühitin təmizlənməsinə həmişə həssaslıqla yanaşıb. Azərbaycanda daim havanın təmizlənməsi üçün ağaclar əkilir, meşəliklər salınır və eyni zamanda bir çox qlobal işlər görülür. Hətta işğaldan azad olunmuş torpaqlarımızdan ermənilərin kəsib satdığı, yandırdığı meşəliklər də tədricən bərpa olunur.
Vətən müharibəsindən dərhal sonra cənab Prezidentimiz Qarabağı, Şərqi Zəngəzuru, Naxçıvanı "yaşıl enerji bölgəsi" adlandırıb. Bu istiqamətdə digər bölgələrimizdə də  genişmiqyaslı işlər görülür. Yaşıl enerjinin növlərinin yaradılması üzərində işlər aparılır, və yaşıl enerjinin dünya bazarına çıxarılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını  da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".
COP29-un Azərbaycanda keçirilməsi, Azərbaycanın bu konfransa ev sahibliyi etməsi hər birimizin sevincinə səbəb olub. 
Biz inanırıq ki, beynəlxalq konfrans Azərbaycanda yüksək səviyyədə keçiriləcək. 
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 19 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib. KONKRET. -a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanl

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber xeberlər son xəbərlər azərbaycanda hava haqqinda