COP29 bitəndən sonra zolaqlar ləğv olunacaq?
"COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq".
Bunu "Qafqazinfo"ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.
"COP29-un əməliyyat tədbirləri, nəqliyyat əməliyyatlarının səmərəli təşkili üçün müəyyən zolaqlar təşkil olunub ki, onlarda COP29 loqoları var. Həmin loqolar tədbirdən sonra silinəcək. Onlar artıq nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək. Loqolar isə qırıq-qırıq nişanlanma xətləri ilə əvəz ediləcək. Həmin zolaqların bəzilərinin isə ümumi zolaq şəbəkəsinə daxil edilməsi nəzərdə tutulur", - o bildirib.
Qeyd edək ki, artıq Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat