COP29 çərçivəsində süni intellektin təsiri haqqında panel sessiya keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə COP29 çərçivəsində "Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü" adlı panel müzakirəsi keçirilib.
"Report" xəbər verir ki, panel müzakirəsində süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı əsas rol və texnoloji proqnozlaşdırmanın iqtisadiyyatların dayanıqlılığına təsiri müzakirə olunub.
Spikerlər süni intellektin resursların optimallaşdırılması, iqtisadi böhranların proqnozlaşdırılması və sənayelərin yenidən qurulmasında göstərdiyi təsirə xüsusi diqqət ayırıblar.
"AKSA Enerji" şirkətinin İdarə Heyətinin üzvü İlkay Demirdağın moderatoru olduğu sessiyada 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Dünya İqtisadi Forumunun Qlobal Əməkdaşlıq Kəndi platformasının prezidenti Çieh Huanq, "Google" şirkətinin İnkişaf Mərkəzləri üzrə Hökumət Əlaqələri və İctimai Siyasət Meneceri Olqa Skoroxodova və İsrailin İnnovasiya İdarəsinin Beynəlxalq şöbəsinin vitse-prezidenti Şlomi Kofman spiker qismində çıxış ediblər.
Sessiyada, həmçinin süni intellektin məsuliyyətli və dayanıqlı şəkildə inteqrasiyasını təmin etmək üçün zəruri olan çərçivələr müzakirə olunub.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat