Corc Vaşinqton Universitetində "Heydər Əliyevin həyatının 100 anı" kitabının təqdimatı oldu - FOTO

Corc Vaşinqton Universitetində ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən nüfuzlu Corc Vaşinqton Universitetində (CVU) Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri" beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı" kitabının təqdimat mərasimi keçirilib.
ABŞ-ın ən nüfuzlu təhsil ocaqlarından sayılan Corc Vaşinqton Universitetinin rəhbərliyi, tələbə və müəllim heyəti, yerli ictimaiyyət və Azərbaycan icması nümayəndələrinin iştirak etdiyi tədbir kitabın müəllifi, "Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşkilati dəstəyi ilə təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin rəsmi hissəsində Corc Vaşinqton Universitetinin müəllim-tələbə heyəti çıxış edərək Azərbaycan nümayəndələrini salamlayıb, ölkəmizin zəngin mədəniyyətinin dünyada tanındığını, bu tədbirin keçirilməsinin universitetin tələbələrinin dünyagörüşünü genişləndirdiyini, Azərbaycanla daha sıx əməkdaşlıq etmək istədiklərini qeyd edib.
Sonra çıxış edən "Heydər Əliyevin həyatının 100 anı" kitabının müəllifi, "Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə nüfuzlu Corc Vaşinqton Universitetinin (CVU) rəhbərliyinə və Azərbaycanlı tələbələr assosiasiyasına təşəkkürünü bildirib. O, Azərbaycanın strateji coğrafiyada yerləşməsi ilə yanaşı, həm də müxtəlif mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu, Azərbaycan cəmiyyətinin mədəniyyətləri daha da zənginləşdirərək tolerantlıq və multikulturalizm prinsip və ənənələri əsasında inkişaf etdirdiyini vurğulayıb.
Sonra E.Nəsirli Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məruzə edib, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin qurulması və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin rolundan söhbət açan baş redaktor Ümummilli Liderdən sitat gətirib: "Amerika Birləşmiş Ştatları ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin ən mühüm istiqamətlərindəndir". O diqqətə çatdırıb ki, Heydər Əliyev daim Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyətini yüksək qiymətləndirmiş, Qərb demokratiyasını, mədəniyyətini, Qərbdə həm iqtisadiyyat, həm siyasət, həm də ictimai sahələrdə əldə olunmuş nailiyyətləri Azərbaycanda tətbiq etməyi zəruri bilmişdir. Bu baxımdan Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Heydər Əliyev hesab edirdi ki, Qərb texnologiyasını, təcrübəni, prinsiplərini, nailiyyətlərini öyrənmək və onları Azərbaycana gətirmək ölkəmizin gələcəyi üçün çox mühümdür. Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yaymaq da Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri idi.
"Ulu Öndərin ABŞ-a səfərləri zamanı iki ölkə arasında imzalanmış müdafiə və hərbi sahələrdə gələcək münasibətlər haqqında birgə bəyanat, energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında bəyanat, layihələrin təşviqinə dair Azərbaycan Respublikası hökuməti, Milli Bankı ilə ABŞ-ın İxrac-İdxal Bankı arasında baş saziş, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR ilə ABŞ-ın neft şirkətləri arasında imzalanmış dörd sazişdə öz əksini tapmış ölkələrarası qarşılıqlı münasibətlərin inkişaf istiqamətləri hər iki tərəfin maraqlarına tam uyğundur. İlk dəfə olaraq Ağ evdə neft müqavilələrinin imzalanması Heydər Əliyevin ABŞ-a səfərinə verilən əhəmiyyətin göstəricilərindən idi", - deyə E.Nəsirli bildirib.
Baş redaktor onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü ili Azərbaycanda "Heydər Əliyev İli" elan etməsi haqqında Sərəncam imzalaması bu dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinə dövlət səviyyəsində göstərilən yüksək münasibətin, verilmiş böyük qiymətin əməli ifadəsidir.
Daha sonra müəllifi olduğu "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri" beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı" kitabı haqqında geniş məlumat verən Emil Nəsirli vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək.
Sonra ABŞ-ın ən nüfuzlu təhsil ocaqlarından sayılan Corc Vaşinqton Universitetinin rəhbərliyi, tələbə və müəllim heyəti, yerli ictimaiyyət, Azərbaycan icması nümayəndələri və digər şəxslərin qatıldıqları tədbirdə mərasim iştirakçılarının Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavablandıran Emil Nəsirli "Heydər Əliyevin həyatının 100 anı" kitabını tədbir iştirakçılarına və Corc Vaşinqton Universitetinin kitabxanasına hədiyyə edib.
Corc Vaşinqton Universitetində Corc Vaşinqton Universitetində Corc Vaşinqton Universitetində Corc Vaşinqton Universitetində Corc Vaşinqton Universitetində / azxeber.com

Sosial       Tarix: 05 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou son xeberler bugun maliyye xeberler bugun kriminal xeberler