Çörəkotu görün nələrə xeyir imiş - Hər səhər acqarına
Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur.
Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Ancaq qara zirənin bütün faydalarından faydalanmaq üçün onu acqarına istehlak etmək lazımdır.
KONKRET.az xəbər verir ki, səhərlər ac qarına istehlak edilən qara zirənin güclü təsirlərə malik olduğu açıqlanıb.
Qara zirə Azərbaycan mətbəxində də ən çox istehlak edilən bitkilərdən biridir. Bir az acı və kəskin dadı olan qara zirə, tərkibindəki güclü qida dəyəri sayəsində sağlamlığımız üçün ən müalicəvi mənbələrdən biridir.
Lif, dəmir və zülal baxımından zəngin olan qara zirə xəmir, salat və qəlyanaltılarda tez-tez istifadə olunur. Ancaq qara zirəninin acqarına yeyilməsi təsəvvür belə edə bilməyəcəyiniz qədər faydalardır.
Xüsusilə səhərlər acqarına istehlak edildikdə həzm sisteminin daha yaxşı işləməsini dəstəkləyir.
Qara zirənin liflə zəngin olması həzm sistemini tənzimləyir və qəbizlik problemlərini azaldır. Bundan əlavə, qara zirə tərkibindəki antioksidantlar sayəsində bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruyur və immunitet sistemini gücləndirir.
İmmunitet sistemini gücləndirən qara zirə sayəsində orqanizmimiz xəstəliklərə qarşı müqavimətini artırır.
Digər tərəfdən acqarına qara zirə yemək enerji səviyyəsini artırır və gün ərzində daha çox enerji verir. Bir stəkan suya 1 çay qaşığı qara zirə əlavə edin və 10 dəqiqə gözlədikdən sonra istehlak edin. İstəyirsinizsə, çeynəyib və ya üyüdərək istehlak edə bilərsiniz. Musavat.com
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var