COVID vaksinini icad edən türklərin həyatı kitablaşdırılır
Koronavirusa qarşı "Pfizer" şirkəti ilə birgə vaksin icad edib onu patentləşdirən Özlem Türeci və Uğur Şahin peyvənd hekayəsini kitab halına gətirirlər.
Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, "Pfizer"lə birgə koronavirusa qarşı peyvənd istehsal edən və birdən-birə dünyanın ən populyar elm adamları çevrilən "BioNTech" şirkətinin qurucuları Özlem Türeci və Uğur Şahin bir kitab hazırlayırlar.
"Financial Times"ın müxbiri Co Millerin qələmə aldığı kitabda Dr. Türeci və Dr. Şahinə əlavə olaraq "BioNTech" və "Pfizer"-dən yüksək vəzifəli məmurların fikirləri də daxil ediləcək.
Türeci və Şahinlə 150 saatdan çox davam edən müsahibələrdən toplanan kitab haqqında danışan Miller, "Rekord qıran inkişafı seyr edərək dövrümüzün ən böyük elmi uğurundan bəhs edəndən çox xoşbəxtəm", - deyib.
O bildirib ki, Şahin və Türeci uzun müddət xərçənglə mübarizədə immunitet sisteminin gücünə inanırdılar. Uğurları bəşəriyyətin ən qaranlıq anlarında şirin bir təsadüf deyildi.
Tural Turan

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı
TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi
Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Türkiyə dünya çempionatına başlayır - Milyonlar ekran qarşısında
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Papoyan Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcək
Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı
76 yaşlı kişi yıxılaraq həyatını itirdi
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb