Culfada top mərmisi aşkarlanıb
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Darıdağ massivində sursat aşkar edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Məkumatda deyilir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən muxtar respublikanın FHN-nin minalardan təmizləmə üzrə pirotexnik qrupu dərhal hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib. Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Xatirə SADİQ,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü