D-8 Bakıda investisiya əməkdaşlığı üzrə görüş keçirməyi təklif edib
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam investisiya əməkdaşlığının gücləndirilməsi və genişləndirilməsi məqsədilə təşkilata üzv ölkələrin investisiya cəlb edən agentlikləri arasında Bakıda görüş keçirməyi təklif edib.
azxeber.com xəbər verir ki, bu barədə D-8-in Baş katibinin Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə görüşünün yekunu üzrə "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
Məlumatda bildirilib ki, nazir müavini bu təklifi dəstəkləyib və nəqliyyat, kiçik və orta biznes, insan resurslarının inkişafı, İKT, ticarət və investisiyalar da daxil olmaqla müxtəlif prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Danışıqlar zamanı tərəflər elektron ticarət və investisiyalar sahəsində tərəfdaşlıq münasibətlərinin vacibliyini vurğulayıb, təklif olunan tədbirlər üzrə növbəti məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası