"Dağıdılmış irs: səssiz şahidlər" fotoalbomu çap olundu

BakıBeynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası MədəniyyətNazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan "Dağıdılmış irs: səssizşahidlər" fotoalbomu çap olunub.
azxeber.com xəbər verir ki, fotoalbom Ermənistanın Qarabağ və Şərqi Zəngəzurunişğalı müddətində (1992-2023-cü illər) Azərbaycanın mədəni irsinin dağıdıldığıçoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Fotoalbomun tərtibatçısıməşhur fotoqraf Reza Deqatidir.
Əsasənbeynəlxalq auditoriya üçün nəzərdə tutulan fotoalbomda Qarabağ ərazisində yerləşən,tarixin səssiz şahidləri olan məhv edilən və dağıdılan mədəni irs nümunələrininişğaldan əvvəlki və işğaldan sonrakı fotoları yer alıb. Albomdakı fotolar tarixifaktlar olmaqla yanaşı, mədəniyyətin məhv edilməsinin ağır nəticələrini və onunbərpasının vacibliyini önə çıxarır.
Qeydedək ki, Azərbaycanın tarixi torpaqlarının 30 ilə yaxın davam edən işğalızamanı minlərlə tarixi mədəniyyət abidəsi - dini abidələr, qədim daş heykəllər,muzeylər, tarixi memarlıq dəyərinə malik yaşayış binaları xarabalığa çevrilib.Talan edilən və ya dağıdılan abidələrə 78 məscid, 22 muzey, 808 istirahətobyekti, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert salonu, 9 tarixi saray və 700-dənçox kitabxana daxildir. İşğal dövründə hətta qəbirlər murdarlanıb, dəfn olunanmərhumların qalıqları vandalizmə məruz qalıb.
Bütünbu vəhşiliklərin məqsədi Qarabağda və ətraf ərazilərdə azərbaycanlılarınminilliklər boyu yaşayan mədəni irsinin izlərini silmək idi. Dağıdılan mədəniirs arasında Aşağı və Yuxarı Gövhər Ağa, Köçərli və Mardinli Cümə məscidlərikimi dini tikililərdə inək və donuz tövlələrinə çevrilmiş, məşhur Azərbaycanşairi Xurşidbanu Natəvanın saray kompleksi, böyük Azərbaycan şairi və vəziriQarabağ xanı Molla Pənah Vaqifin məqbərəsi, Qarabağ xanlığının banisi və ilkxanı Pənah Əli xan Cavanşirin Ağdamdakı sarayı, Böyük bəstəkar və müsəlman Şərqindəilk operanın müəllifi Üzeyir Hacıbəylinin və peşəkar vokal sənətinin banisiBülbülün ev-muzeyləri dağıdılıb, yararsız vəziyyətə salınıb. Dünyada ilk insanməskənlərindən hesab olunan Azıx və Tağlar mağaralarından hərbi məqsədlər üçünistifadə olunub. Dağıdılan bu abidələrin hər biri Azərbaycan xalqının tarixi, mədəniyyəti,mənəviyyatı ilə sıx bağlıdır. İşğal zamanı təkcə İslam dini abidələri deyil, həmdə Qafqaz Alban Apostol Kilsəsi və Pravoslav Xristian abidələri də erməni vandalizmininvə saxtakarlığının hədəfinə çevrilib.
İşğalaltında qalmış ərazilərimizdə tarix və mədəniyyət abidələrinin məqsədyönlü şəkildəməhv edilməsi, onların etnik və hətta dini mənşəyinin qəsdən saxtalaşdırılmasıvə mənimsənilməsi beynəlxalq humanitar hüquqa və müvafiq beynəlxalq hüquqi sənədlərəziddir. "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında"1954-cü il Haaqa Konvensiyasının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ciil Avropa Konvensiyasının, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında"UNESCO-nun 1972-ci il konvensiyasının açıq şəkildə pozulmasıdır.
"Dağıdılmışirs: səssiz şahidlər" fotoalbomu Azərbaycanın qədim mədəni irsinin silinməsinəyönələn düşünülmüş siyasəti ifşa etmək məqsədi ilə nəşr olunub. Fotoalbom ErmənistanınAzərbaycanın maddi-mədəni irsinə qarşı törətdiyi cinayətlərin yalnız bir hissəsiniəhatə edir.
İngilisdilində nəşr olunan fotoalbom müharibələrin sülhə, inkişafa və bəşəriyyətə verdiyiacı nəticələr haqqında düşünməyə vadar edir. Fotoalbom dağıdılan mədəni irsi,onun qorunmasının vacibliyini vurğulayaraq beynəlxalq ictimaiyyətin diqqətini çəkməkvə bu isiqamətdə qlobal həmrəyliyi təşviq etmək üçün mühüm vasitəsidir.

Sosial       Tarix: 20 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler son xabar cəbhədən ən son xəbər xeberler bugun