Daha 111 obyektdə qaydalar kobud şəkildə pozulub

Daha 111 obyektdə qaydalar kobud şəkildə pozulubNazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Open.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən 30 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 58 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 237 müəssisədə reyd keçirilib.
Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 111-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
"Rahat" (Xətai rayonu), "Grandmart" (Xətai rayonu), "Araz supermarket" (Xətai rayonu), "Al market" (Xətai rayonu), "Sevimli", "Xızı", "Al market" (Yasamal rayonu), "Oba" (Nəsimi rayonu), "Buta", "Güvən", "Ruslan", "Uğur", "Eldar" marketlər, Qasımov Şahin İsmayıl oğluna, Yüzbayeva Rahilə Sünbül qızına, Əliyev Sahib Xanməmməd oğluna, Məmmədov Davud Qurban oğluna, Hüseynov Nazim Ayaz oğluna, Dadaşov Orxan Qorxmaz oğluna, Həsənov Telman Əfruz oğluna, Şirinova Nailə Mehman oğluna, Babayev Kamil Kamran oğluna, Ələkbərova Mərziyə Namaz qızına, Qəhrəmanova Gülnarə Şamil qızına, Xalıqov Fərəc Nurəddin oğluna, Tağılı Tural Nizami oğluna, Əsgərov Məşədiəsgər Əli oğluna, Dursunov Həbibullah Fikrət oğluna, Rəcəbov Elmar Tofiq oğluna, Əliyev Rəhim Kamal oğluna, Məlikova Ayşad İbrahimovna qızına, Baxşəliyeva Baxşəli Hüseyn oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Masazır qəsəbəsində "Oba", "Fresh", "Dostlar" marketlər və Şirinov Elmin Etibar oğluna məxsus ərzaq mağazası
Xaçmaz rayonunda Heybətov Vüqar Məmməd oğluna, Ağayev Rifaq Sabir oğluna, Hüseynov Yavər Həzrət oğluna məxsus ət satışı mağazaları
Göyçay rayonunda Mahmudov Sənan Pərviz oğluna məxsus ərzaq mağazası, Sadıqov Qüdrət Qurban oğluna, Xəlilov Elçin Rəşid oğluna, Kərimov Teymur Aydın oğluna, Yusifov Anar İlqar oğluna, Məmmədov Asif Məmmədşah oğluna və Həsənov Aqil İntizam oğluna məxsus kafelər, Şıxəliyev Sehran Ağarəhim oğluna məxsus yeməkxana
Kürdəmir rayonunda İslamov Həsən Rizvan oğluna məxsus kafe
Şamaxı rayonunda Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Bəhrəmov Şahin Alış oğluna məxsus dönərxana, Xəlilov Şəhriyar Zabit oğluna məxsus dönərxana, Şıxəliyev Əmrah Feyruz oğluna, Ağaməmmədov Bəhram Xanəhməd oğluna, Əliyev Fuad Mehman oğluna məxsus marketlər, Abbasəliyev Şirəddin Urşan oğluna məxsus meyvə tərəvəz mağazası
Neftçala rayonunda Cəbrayılov Həsənqulu Böyükkişi oğluna, Məmmədov Nofəl Əlisəfa oğluna məxsus ərzaq mağazaları
Salyan rayonunda Həsənov Fərman Mürhüseyn oğluna məxsus ərzaq mağazası
Sabirabad rayonunda Seyidov Əziz Əzim oğluna məxsus restoran
Mingəçevir şəhərində "Kral" market, "Samux vadisi" kafesi və Ağayev Azad Şirin oğluna məxsus kafe
Masallı rayonunda "Bazarstore" market
Cəlilabad rayonunda "Real" market
Balakən rayonunda Hudulov Çingiz Nurəddin oğluna məxsus çörək istehsalı müəssisəsi
Zaqatala rayonunda Zeynalov Oruc Astan oğluna məxsus çörək istehsalı müəssisəsi
Oğuz rayonunda Həmidov Tacəddin Siracəddin oğluna və Ellazov Dilqəm Knyaz oğluna məxsus ərzaq mağazaları
Daşkəsən rayonunda "Araz supermarket"
Gəncə şəhərində "Milli market" ərzaq mağazası
Ağstafa rayonunda "Limon" kafesi, "Dərya" və "Elit" ərzaq mağazaları
Şəmkir rayonunda "Murad", "Üç Çinar", "Qoşa Çinar", "Fizuli", "Ocaq", "Çingiz" kafeləri, "Zümrüd" və "Zirvə" ərzaq mağazaları
Beyləqan rayonunda "Supermarket", "İlham", "Çempion", "Tuncay", "Real", "Cavid", "Yenimil", "Hüseyn", "Beyləqan" ərzaq mağazaları, "Röya", "Çənlibel", "Milkafe", "Sərin", "Xanqızı", "Çinar", "Elvin" və "Bozbaş" kafeləri
Ucar rayonunda "Platin", "Elvin", "Bizim", "Aran", "Ruzi", "Bəyaz", "Müsüslü", "Mega" marketlər və Əliyev Seymur Əlimusa oğluna məxsus ərzaq mağazası
İmişli rayonunda "Fariz", "Ailəvi", "Məhəmməd", "Ekonom" marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Hadisə       Tarix: 02 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal bugun beynelxalq bank mezenne krminal bu gun xeber