Daha bir ermənipərəst siyasətçi korrupsiya qalmaqalına tuş gəldi

Daha bir ermənipərəst siyasətçi korrupsiya qalmaqalına tuş gəldiQatı ermənipərəst mövqeyilə tanınan, vaxtilə Laçın yolunda quraşdırılan sərhəd buraxılış məntəqəsinə görə Azərbaycanı hədələyən Paris meri Ann İdalqo ətrafında siyasi qalmaqal yaranıb.
Caliber.az xəbər verir ki, bu yaxınlarda o, həyat yoldaşı ilə birgə Yeni Kaledoniya və Fransız Polineziyasına iki həftəlik işgüzar səfərə gedib. İdalqonun adalarda və Sakit Okeanda keçirdiyi bütün müddət ərzindəki xərcləri dövlət büdcəsindən ödənilib.
Lakin səfərin işgüzar hissəsi cəmi bir həftə davam edib. İdalqo səyahətinin ikinci həftəsindən yaxınlıqdakı adalardan birində məskunlaşan qızını ziyarət etmək üçün istifadə edib. O, izi itirmək üçün sosial şəbəkələrdə Paris küçələrində velosiped sürdüyünə dair videoları yerləşdirib.
Bu azmış kimi, İdalqonun səfər çərçivəsində planlaşdırılan rəsmi tədbirlərin əksəriyyətinə qatılmadığı da ortaya çıxıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Ümumilikdə, mer öz səfərinə təxminən 60 min avro xərcləyib.
Maraqlıdır ki, son zamanlar erməni maraqlarına xidmət edənlər nədənsə bir qayda olaraq korrupsiya qalmaqalına tuş gəlirlər. Bu baxımdan, müxtəlif dini təşkilatların "ianələrini" öz hesabatında əks etdirməyən Baronessa Kerolayn Koksu, Avropa Parlamentinin üzvü, böyük "Qatargayt" qalmaqalında əli olan və axtarış zamanı evində əskinaslarla dolu çantalar tapılan Yeva Kaylini və təbii ki, 2024-cü ilin mayında dörd cinayət işi üzrə mühakimə olunacağı gözlənilən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Bob Menendesi xatırlamaq yerinə düşər.
Qeyd edək ki, erməni diasporunun lobbiçilərə xərclədiyi pullar da, yumşaq desək, tam şəffaf mənbədən əldə olunmayıb. Xüsusilə, Avropanın ən böyük erməni lobbi təşkilatı olan Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFSD) Afrikanın münaqişə bölgələrindən Belçikaya rəngarəng brilyant qaçaqmalçılığından qazanc əldə edən özəl şirkət tərəfindən maliyyələşdirilir.
Maraqlıdır ki, Ermənistanı müdafiə edən insanlar "ədalət", "insan haqları", "demokratiya" kimi sözlər işlətməyi çox sevir, lakin mahiyyətcə korrupsioner məmur olmaları ilə seçilirlər. Bu ikiüzlülük erməni ideyasının özü ilə heyrətamiz dərəcədə uyğunlaşır. / azxeber.com

Siyasi       Tarix: 29 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun cəbhədən ən son xəbər cəbhədən son xeber krimnal bugun