Daha bir məktəbli qızılcadan vəfat etdi
Azərbaycanda 13 yaşlı məktəbli qızılcadan vəfat edib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Qazaxda baş verib.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 2011-ci il təvəllüdlü şəxs (qadın cinsi) 12.01.2024-cü il tarixində saat 15:44 radələrində ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:
"Tibb müəssisəsində ilkin tibbi müdaxilələr aparılmasına baxmayaraq, xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunmayıb.
13.01.2024-cü il tarixində xəstə koma vəziyyətində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya təxliyə olunub.
Tibb müəssisəsinin Uşaq intensiv terapiya bölməsində ona qızılca, ensefalit diaqnozu qoyulub. Vəziyyətində ağırlaşma müşahidə olunan pasiyentin paytaxt Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birinə təxliyəsi nəzərdə tutulub və aparılarkən yolda həkiməqədər ölüm qeydə alınıb".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR