Daha bir məşhur saxlanıldı
Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib. Əməliyyat zamanı sosial media fenomeni və YouTuber Bilal Hancı da daxil olmaqla dörd nəfər saxlanılıb.
KONKRET.azMilli.Az-a istinadən xəbər verir ki,İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan təhqiqat çərçivəsində bu gün səhər tezdən İstanbulda əməliyyat keçirilib. Əməliyyat nəticəsində aşağıdakı şəxslər saxlanılıb:
Bilal Hancı (YouTuber)
Mehmet Üstündağ (Maqazin yazarı)
Abdullah Gençal
İbrahim Barut
Haqqında həbs qərarı olan digər üç şübhəlinin isə xaricdə olduğu müəyyən edilib. Saxlanılan şəxslər narkotik maddə istifadəsi ilə bağlı testlərdən keçmək üçün Məhkəmə Tibb Ekspertizasına sövq ediliblər.
Məşhurlara qarşı narkotik istintaqı ötən ilin oktyabr ayından bəri Türkiyə gündəmindədir. İstintaq çərçivəsində indiyədək çox sayda musiqiçi, menecer, iş adamı və ictimaiyyətə tanış olan şəxslərin ifadələri alınıb, onlardan qan və saç nümunələri götürülərək araşdırılıb.
Daha əvvəl bu iş üzrə bir çox şəxs məhkəmə tərəfindən həbs edilib. Həbs olunanlar arasında Ceyda Ersoy, Gizem Özköroğlu, Burak Altındağ kimi tanınmış adlar var. Model Şevval Şahin, Mert Vidinli və Kasım Garipoğlu haqqında isə axtarış qərarı çıxarılıb.
Bundan əvvəlki əməliyyat dalğasında aralarında keçmiş futbolçu və idman şərhçisi Ümit Karanın da olduğu 23 nəfər saxlanılmışdı. Məhkəməyə sövq edilən şübhəlilərdən Ümit Karan da daxil olmaqla 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilmiş, 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər