Daha bir ölkədə əhali AYAĞA QALXDI
ABŞ-dakı etiraz aksiyaları Avstraliyaya da sıçrayıb.
Publika.az xəbər verir ki, qaradərili ABŞ vətəndaşı Corc Floydun polis zorakılığı nəticəsində ölməsinə etiraz olaraq Sidney şəhərində baş qaldıran aksiyalara minlərlə insan qatılıb.
Etirazçılar polisin şiddət göstərdiyi Floydun "nəfəs ala bilmirəm" sözlərini şüar şəklində səsləndiriblər.
Onlar "qaraların həyatı önəmlidir", "aborigenlərin həyatı önəmlidir" və "sizi görürük, sizi eşidirik və sizin yanınızdayıq" pankartları açıb.
Qəzəbli kütlə "Hyde Park"dan Cənubi Uels parlamentinin qarşısına qədər yürüş edib. Daha sonra ABŞ konsulluğunun yerləşdiyi əraziyə qədər getməyi planlaşdırıb.
Qeyd edək ki, Floydun ölümü Avstraliyada da irqçiliklə mübarizəni gündəmə gətirib. Aborigen millət vəkili Linda Böni ölkədə 1991-ci ildən bəri 430-dan çox aborigenin həbsdə öldüyünü bildirib.
Avstraliyada yetkin əhalinin 2%-ni aborigenlər təşkil etsə də, məhkumların 27%-i onlardan ibarətdir.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi