Daha bir partiya buraxıldı

Daha bir partiya buraxıldıAzərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.
KONKRET.azxəbər verir ki, bu, Bədrəddin Quliyevin sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.
Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:
"Şərqin ilk müstəqil cümhuriyyətinin hüquqi varisi olan Azərbaycanda cümhuriyyət ənənələrinin davam və inkişaf etdirilməsi, xalqın ictimai şüurunda dövlətçilik tərbiyəsinin möhkəmləndirilməsi kimi sağlam hədəflərə çatmaq üçün 2010-cu ildə təsis olunan Cümhuriyyət Xalq Partiyası əzmkar siyasi mübarizə yolu keçmişdir. Partiyanın məqsədyönlü fəaliyyəti və üzvlərinin sayının çoxalması 2020-ci ildə Partiyanın rəsmi dövlət qeydiyyatına alınması ilə nəticələnmişdir.
Partiya üzvlərinin dövlətçiliyə sədaqəti, demokratik ənənələrin dərinləşməsi prosesində iştirak, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində önəmli təkliflərin irəli sürülməsi, dövlətçiliyimizin tarixi mirasımız kimi qorunması uğrunda mübarizə fəaliyyətimiz dövründə əsas missiyamıza çevrilmişdir. Dövlətimizə qarşı təhdidlərin artdığı, milli birliyimizi pozmağa cəhdlərin edildiyi zamanlarda Cümhuriyyət Xalq Partiyası dövlətin və dövlətçiliyin yanında olduğunu açıq şəkildə ortaya qoymuşdur.
2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanmaqla Prezident seçilən İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərinə sadiq qalaraq bəyan etdiyi dövlət siyasətini həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl şəkildə və uğurla həyata keçirməsi hər biz azərbaycanlı kimi biz cümhuriyyətçiləri də siyasi birliyə sövq etmişdir.  Bu gün ölkədə siyasi baxışlarından asılı olmayaraq xalq-hakimiyyət birliyinin mövcudluğu Azərbaycanın beynəlxalq aləmdə ədalətli yer tutmasına, uzun illər ərazisi işğala məruz qalmış dövlətdən Qalib dövlətlər sırasına yüksəlməsinə səbəb olmuşdur.
Bu gün uğurla həyata keçirilən və böyük müsbət nəticələr verən çoxşaxəli daxili və xarici siyasət, ölkədə demokratiyanın, fikir plüralizminin, siyasi dialoq mədəniyyətinin inkişafı, əhali rifahının yaxşılaşdırılması, ölkənin bütün sahələrdə gücünün artırılması  dövlətimizin böyük gələcəyindən xəbər verir. 30 il ərzində ermənilər tərəfindən dağıdılan, viran edilən yurd yerlərimizin işğaldan azad olunması, qısa müddətdə bu torpaqlarda aparılan tikinti-quruculuq işləri və şanlı Zəfərdən qısa müddət sonra soydaşlarımızın məskunlaşma prosesinin başlanması böyük siyasi iradənin və uzunmüddətli hazırlığın nəticəsidir. Müzəffər ordumuzun və xalqın milli birliyinin sayəsində bərpa olunmuş vətən sərhədlərimizdə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın dalğalanması Azərbaycan xalqının hər bir üzvünə qürur və qalibiyyət hissi yaşadır.
Cümhuriyyət Xalq Partiyası ölkəmizdəki milli birliyi, ənənələr üzərində qurulan inkişaf strategiyasını müsbət dəyərləndirir və dövlətimizin daha da güclü, insanlarımızın hər an dövlətçiliyin keşiyində səfərbər olmasına dəstək məqsədilə öz fəaliyyətinə son qoymağı məqbul hesab edir və çoxsaylı üzvlərini dövlətimiz ətrafında daha da sıx birləşməyə səsləyir.
Biz bəyan edirik ki, Cümhuriyyət Xalq Partiyası siyasi və hüquqi fəaliyyətinə son qoysa da, üzvlərimiz dövlətçiliyimizin məkrli qüvvələrdən qorunması naminə ictimai aktivliyini davam etdirəcəkdir. Hər bir üzvümüzə bu şərəfli yolda uğurlar arzulayırıq".

Siyasi       Tarix: 22 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son dəqiqə xeber.az qarabag cəbhədən ən son xəbərlər