Daha bir təyyarə qəzası: ölənlər var
Tailand sahillərində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həyatını itirib, daha bir nəfər isə ağır yaralanıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Pxetçaburi vilayətinin Ça-Am şəhəri yaxınlığında baş verib.
Məlumata əsasən, təyyarə Tailandın Milli Polis Agentliyinə məxsusdur.
Hazırda hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.
Turlar.az [newsid: 0-123300]