"Daha çox tanınmışlara söz atıb gündəmə gəlmək istəyirlər" Gülüstan Əliyeva
"Əvvəl kimsə haqqımda nəsə deyəndə, mənə söz atanda əsəbiləşirdim, indi boş verirəm. Reaksiya vermək qarşı tərəfə şərəf olur. Özünü önəmsəyir".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Show news" verilişinə açıqlamasında deyib. Müğənni qalmaqallardan bəhs edib. O bildirib ki, indi tanınmış ifaçıya söz atıb, gündəmə gəlmək dəb alıb:
"Daha çox tanınmışlara söz atıb gündəmə gəlmək istəyirlər. Mənimlə də qalmaqal etmək istəyənlər çox olub, ad çəkmək istəmirəm. Reklam olar onlar üçün. Sözü deyirsən, sahibi özü götürür. Üzə vurmasa da, içində fikirləşir ki, sözün sahibi mənəm. Məni zəif bilsəydilər, adımdan istifadə etməzdilər. İndi "antireklam" da bir reklam olub.
Yanında cangüdənlərlə gəzən "müğənnicikləri" indi sayan yoxdur. Ona görə də indi sənətinlə yadda qalmalı, sevilməlisən. Sənətə indi maşını, cangüdəni ilə gəlirlər və gündəm olduqlarını düşünürlər. Yazıqlarda belə düşüncə formalaşıb. Sənətin olmasa, heç kimə maraqlı deyilsən. Elə yazıq müğənnilər bir ay efirə çıxmasalar bilirlər ki, unudulacaqlar. Dişim ağrıyır, anam öldü, xəstəyəm kimi hallarla sənətdə alver eləmək olmaz". (Axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq