Daha iki rusiyalı idman şərhçisi Bakıya buraxılmadı - BU SƏBƏBDƏN
Daha iki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayıb. Hər iki halda səbəb onların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə qanunsuz səfərləridir.
"Matç TV" kanalının şərhçisi Konstantin Geniç ötən gün axşam xəbər verib ki, çempionatın təşkilat komitəsi 2009-cu ildə Qarabağa səfər etdiyi üçün onun akreditasiyasını ləğv edib.
Geniç özünün Telegram-kanalında yazıb ki, UEFA-dan məktub alıb. Məktubda yazılıb ki, o, yoxlamadan keçməyib və nəticədə akreditasiya olunmayıb. Şərhçinin bildirdiyinə görə, daha əvvəl ona Azərbaycandan zəng vurublar və Dağlıq Qarabağa qanunsuz səfəri haqda soruşublar. İdman şərhçisi cavab vermək istəməyib və qanunsuz səfərinə görə üzr istəməkdən də imtina edib.
Daha əvvəl isə onun həmkarı Mixail Mossakovski Uels-İsveçrə oyununu izləmək üçün Azərbaycana buraxılmadığını bildirmişdi. Mossakovskini sərhəddən geri qaytarıblar. Bildirdiyinə görə, sərhədçilər onun pasportundakı erməni möhürünü görəndən sonra belə qərar veriblər.
Məlum olub ki, Mossakovskinin adı işğal altındakı ərazilərə qanunsuz səfər etdiyi üçün Azərbaycanın qara siyahısındadır.
Xatırladaq ki, analoji səbəblə bundan əvvəl erməni əsilli rusiyalı idman şərhçisi Nobel Arustamyan da Azərbaycana buraxılmamışdı. (virtualaz.org) /publika.az
Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu