Dahi şairimiz Şəhriyarın adını daşıyan park baxımsız haldadır - FOTOLAR

Dahi şairimiz Şəhriyarın adını daşıyan park baxımsız haldadır - FOTOLARİşğaldan azad olunan Qarabağımızda abadlıq və quruculuq işlərinin genişlənməsi ilə yanaşı, Azərbaycanın hər bir guşəsində, eləcə də paytaxtımızda abadlıq-quruculuq işləri davamlı olaraq uğurla həyata keçirilir.
Son illərdə Bakıda və şəhər ətrafı ərazilərdə salınan parkların sayı gündən-günə artır. Havalar isindikcə axşam saatlarında və həftə sonları parka üz tutan sakinlərin sayı daha çox olur. İnsanlar iş gününün sonunda yolunu parkdan salaraq təmiz hava qəbul edir, ailə üzvləri ilə birgə istirahət guşələrinə toplaşır və səmərəli vaxt keçirirlər. Təəssüf ki, bəzi şəhərətrafı ərazilərdə isə insanların istifadəsinə verilmiş parklar uzun illər təmirsiz qaldığından yararsız vəziyyətdədir. Belə parklardan biri Nərimanov rayonunda yerləşən Şəhriyar adına salınmış parkdır.
Unudulmaz söz ustadı, Cənubi Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın adına salınmış bu parka aidiyyatı qurumların münasibəti olduqca biganədir. Park uzun illərdir ki, baxımsız qaldığından artıq yararsız bir haldadır və demək olar ki, parkda ağacların quruması, oturacaqların sınıq-salxaq olması, hovuzun quruması parkı bilinməz bir xarabalığa bənzədir. Vaxtı ilə parka üz tutan paytaxt sakinləri üçün nəzərdə tutulmuş istirahəhət guşələrinin ətrafının artıq 30 santimetr hündürlüyünə qədər çatmış yabanı otlar basmışdı. Ətrafa səpələnmiş məişət tullantıları, qurumuş ağaclar bir zamanlar yaz fəslinin təravətini özündə əks etdirən bu parkı bir cəngəlliyə çevirmişdi.
Boynunu büküb qəmgin baxan skamyalar artıq insanların əyləşməsi üçün təhlükəli hesab olunurdu. Əhalinin istirahəti üçün nəzərdə tutulan əsas sahə isə demək olar ki, baxımsız, qurumuş ağaclarla əhatələnən çayxanalar, köhnə attraksionlar, sınıq-salxaq skamyalar  böyük şairimizin adını daşıyan bu  parkın aqibəti ilə bağlı sakinləri də narahat edir. Onların fikrincə öncələr burda müxtəlif tədbirlər, konsert programları təşkil olunur,bahar bayramı isə bir ayrı özəlliklə keçirilirdi.   
Bu parkdakı vəziyyəti görən insanlar, uşaq və qocalar axır illərdə demək olar ki, bura az gəlirlər. Biz görmüşük ki, bir istirahət parkında bir və ya iki çayxana mövcud idi. 
Şəms Hüseynli
Dahi şairimiz Şəhriyarın adını daşıyan park baxımsız haldadır - FOTOLARDahi şairimiz Şəhriyarın adını daşıyan park baxımsız haldadır - FOTOLARDahi şairimiz Şəhriyarın adını daşıyan park baxımsız haldadır - FOTOLARDahi şairimiz Şəhriyarın adını daşıyan park baxımsız haldadır - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 07 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber cəbhədən video cəbhədən son xəbərlər kriminal xeber